Fövqəladə Hallar Nazirliyinin Sumqayıt Regional Mərkəzinin təşəbbüsü ilə Abşeron Rayon İcra Hakimiyyətində “2022-ci ildə mülki müdafiə sahəsində görülmüş işlərin yekunları və 2023-cü ildə qarşıda duran vəzifələr” mövzusunda müşavirə keçirilib.
Müşavirədə FHN Sumqayıt Regional Mərkəzinin, Abşeron Rayon Yanğından Mühafizə Hissəsinin, Abşeron Rayon İcra Hakimiyyətinin və yerli özünüidarəetmə orqanlarının nümayəndələri, aidiyyəti rayon xidmətləri və təhsil müəssisələrinin, mənzil-kommunal təsərrüfatı təşkilatlarının rəhbərləri iştirak ediblər.
Müşavirədə çıxış edən Abşeron Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Yusif Sadıqov keçirilən tədbirin əhəmiyyətindən bəhs edib, mülki müdafiə sahəsində birgə fəaliyyətin vacibliyini vurğulayıb.
Sonra Sumqayıt Regional Mərkəzinin rəisi polkovnik Vaqif Fətullayev çıxış edərək rayon ərazisində mülki müdafiə sahəsində mövcud vəziyyət və problemlər, onların həlli yolları barədə ətraflı məlumat verib.
Daha sonra çıxış edən natiqlər mülki müdafiə sahəsində görülmüş işlər barədə ətraflı məlumat veriblər. Həmçinin, Sumqayıt Regional Mərkəzinin əməkdaşları tərəfindən rayon ərazisində yerləşən mülki müdafiə obyektlərində keçirilmiş yoxlamaların nəticələri haqqında müşavirə iştirakçılarına məlumat verilib.
Müşavirənin sonunda mövzu ilə bağlı müzakirələr aparılıb, suallar cavablandırılıb.
Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti səlahiyyətlərinə uyğun olaraq, ölkə ərazisində yanğın təhlükəsizliyinin təmin edilməsi məqsədilə zəruri tədbirlərin görülməsini davam etdirir. ...
Ardını oxuFövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Binəqədi rayonu ərazisində hərbi sursatın aşkar edilməsi barədə məlumat daxil olub. ...
Ardını oxuAzərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi üzərinə düşən vəzifələrinin icrası, o cümlədən əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir. ...
Ardını oxu