Geri

Fövqəladə Hallar Nazirliyinin Akademiyasında 8 Noyabr – Zəfər Gününə həsr edilmiş tədbir keçirilib

Fövqəladə Hallar Nazirliyin Akademiyasında 8 Noyabr – Zəfər Gününə həsr edilmiş tədbir keçirilib. Tədbirdə FHN Akademiyasının rəisi general-mayor Baba Salayev, FHN işçiləri Həmkarlar İttifaqının sədri Mehman İsmayılov, Regional mərkəzlərlə işin təşkili, layihələrin idarə edilməsi və təhsil məsələləri üzrə Baş idarəsinin idarə rəisi Azadi Quliyev, FHN yanında İctimai Şuranın katibi, “Azərbaycan Qadınları Respublika Cəmiyyəti” İctimai Birliyinin sədri Vəfa Abbasova, Akademiyanın professor-müəllim heyəti və kursantlar, eləcə də digər xüsusi təyinatlı təhsil müəssisələrinin zabit və kursantları iştirak edib.

Dövlət Himninin səsləndirilməsi ilə başlanan tədbirdə Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş sözü ilə açan FHN Akademiyasının rəisi general-mayor Baba Salayev tədbir iştirakçılarını Azərbaycanın tarixinə qızıl hərflərlə yazılmış Zəfər Günü münasibətilə təbrik edib. O, qeyd edib ki, Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin müdrik rəhbərliyi ilə 44 gün davam edən Vətən müharibəsi şanlı Qələbə ilə sona çatıb. Hərbi əməliyyatlar çərçivəsində rəşadətli Azərbaycan Ordusu işğalçı Ermənistanın 30 il ərzində qurduğu silahlı qüvvələrini darmadağın edərək, güclü ordu strategiyası, milli birlik və döyüşçülərimizin ruh yüksəkliyi sayəsində böyük Zəfərə imza atıb. Cənab Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin müdrik siyasəti və Şanlı Ordumuzun şücaəti sayəsində qazanılmış böyük Zəfər, eyni zamanda dilindən, dinindən, milli mənsubiyyətindən asılı olmayaraq, xalqımızın hər bir üzvünün “dəmir yumruq” ətrafında sıx birləşməsi, gənclərimizin Vətən sevgisi, iqtidar-xalq və ordu birliyi sayəsində əldə olunub.

Tədbirdə iştirak edən FHN işçilərinin Həmkarlar İttifaqının sədri Mehman İsmayılov keçirilən tədbirin əhəmiyyətindən danışaraq 44 günlük Vətən müharibəsində Azərbaycan xalqının nümayiş etdirdiyi birlikdən və xalqımızın mübarizə əzmindən söz açıb, əsgər və zabitlərimizin qəhrəmanlıqlarını qeyd edib. Qazanılan Qələbənin əsasında xalqımızın ümummilli lideri Heydər Əliyevin əsasını qoyduğu müdrik siyasətin mahir davamçısı ölkə Prezidenti cənab İlham Əliyevin uzaqgörən və qətiyyətli siyasi iradəsi dayanır. Daha sonra Mehman İsmayılov FHN işçilərinin Həmkarlar İttifaqının təşkilatçılığı ilə xüsusi təyinatlı ali təhsil müəssisələrinin kursantları arasında keçirilmiş “8 Noyabr – yeni dövrün başlanğıcı” adlı yazı müsabiqəsi haqda məlumat verib, Zəfərimizin təbliğində, kursantların vətənpərvərlik ruhunda tərbiyə olunmasında belə müsabiqələrin böyük əhəmiyyət kəsb etdiyini vurğulayıb.

Daha sonra qonaqların da iştirakı ilə yazı müsabiqəsinin qaliblərinin mükafatlandırılması mərasimi keçirilib. Müsabiqədə Müdafiə Nazirliyinin Heydər Əliyev adına Hərbi İnstitutunun kursantı Əli Baxşəliyev birinci yerə, həmin ali təhsil ocağının digər kursantı Hüseyn Əliyev ikinci, Dövlət Təhlükəsiyi Xidmətinin Heydər Əliyev adına Akademiyasının kursantı Ruslan Quliyev isə üçüncü yerə layiq görülüb.

Qaliblər diplom və qiymətli hədiyyələrlə mükafatlandırılıblar.

Mükafatlandırma mərasimindən sonra DTX-nin Heydər Əliyev adına Akademiyasının kursantı Ruslan Quliyev respublika rəhbərliyinin gənclərə diqqət və qayğısından söz açıb, gənclərin Böyük Zəfərin əldə olunmasındakı rolundan danışıb, müsabiqənin təşkilinə görə FHN Akademiyası və FHN işçilərinin Həmkarlar İttifaqına təşəkkürünü bildirib.

Sonra tədbir bədii hissə ilə davam etdirilib. Bədii hissədə FHN Akademiyasının hərbi orkestrinin və estrada müğənnilərinin vətənpərvərlik ruhunda ifaları səsləndirilib.

Digər məlumatlar

Fövqəladə Hallar Nazirliyi tərəfindən məktəblilər üçün “açıq qapı” günü keçirilib

Fövqəladə Hallar Nazirliyi İctimaiyyətlə əlaqə idarəsinin təşkilatçılığı ilə məktəblilər üçün Nazirliyin Dövlət Yanğından Mühafizə Xidməti və Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzində “açıq qapı” günü keçirilib. ...

Ardını oxu

FHN Mətbuat xidmətinin məlumatı (video)

Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi üzərinə düşən vəzifələrinin icrası, o cümlədən əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir. ...

Ardını oxu

FHN-in Fövqəladə halların nəticələrinin aradan qaldırılması işinin təşkili Baş idarəsi “İntihar və intihara cəhd hadisələrin qarşısının alınması” mövzusunda növbəti maarifləndirmə tədbirini keçirib

Fövqəladə Hallar Nazirliyinin Fövqəladə halların nəticələrinin aradan qaldırılması işinin təşkili Baş idarəsi tərəfindən Nazirliyin müvafiq əmrinə uyğun olaraq Sumqayıt Regional Mərkəzində növbəti maarifləndirmə tədbiri həyata keçirilib. ...

Ardını oxu