Geri

FHN-in İdman-sağlamlıq klubunda Zəfər Gününə həsr olunmuş tədbir keçirilib

4 noyabr 2022-ci il tarixində Fövqəladə Hallar Nazirliyinin İdman-sağlamlıq klubunun akt zalında Zəfər Gününə həsr olunmuş tədbir keçirilib.

Tədbirdə FHN-in İdman-sağlamlıq klubunun rəisi polkovnik Füzuli Musayev, klubun rəis müavinləri və əməkdaşları iştirak ediblər.

Dövlət Himninin səsləndirilməsi ilə başlanan tədbirdə Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş sözü ilə açan FHN-in İdman-sağlamlıq klubunun rəisi polkovnik Füzuli Musayev sentyabrın 27-də başlayan, 44 gün davam edən və işğal altındakı torpaqlarımızın azad olunması ilə nəticələnən Vətən müharibəsindən bəhs edib. O, qeyd edib ki, Azərbaycan xalqı öz liderinin – Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin ətrafında sıx birləşərək bütün dünyaya öz gücünü, mətinliyini, mübarizliyini nümayiş etdirdi. Xalqımızın ulu öndəri Heydər Əliyevin mütərəqqi siyasi kursunun layiqli davamçısı cənab Prezident İlham Əliyevin müdrik və qətiyyətli siyasəti, qüdrətli Ordumuzun şücaəti sayəsində Azərbaycan 30 ilə yaxın düşmən tapdağı altında olan torpaqlarımızı azad etdi, ərazi bütövlüyümüz bərpa olundu. 44 günlük Vətən müharibəsində Azərbaycan Ordusunun qazandığı tarixi Zəfərlə hər birimiz qürur duyuruq.

Daha sonra 44 günlük vətən müharibəsindəki tarixi Zəfərdən bəhs edən sənədli film nümayiş olunub.

Digər məlumatlar

Fövqəladə Hallar Nazirliyi tərəfindən məktəblilər üçün “açıq qapı” günü keçirilib

Fövqəladə Hallar Nazirliyi İctimaiyyətlə əlaqə idarəsinin təşkilatçılığı ilə məktəblilər üçün Nazirliyin Dövlət Yanğından Mühafizə Xidməti və Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzində “açıq qapı” günü keçirilib. ...

Ardını oxu

FHN Mətbuat xidmətinin məlumatı (video)

Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi üzərinə düşən vəzifələrinin icrası, o cümlədən əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir. ...

Ardını oxu

FHN-in Fövqəladə halların nəticələrinin aradan qaldırılması işinin təşkili Baş idarəsi “İntihar və intihara cəhd hadisələrin qarşısının alınması” mövzusunda növbəti maarifləndirmə tədbirini keçirib

Fövqəladə Hallar Nazirliyinin Fövqəladə halların nəticələrinin aradan qaldırılması işinin təşkili Baş idarəsi tərəfindən Nazirliyin müvafiq əmrinə uyğun olaraq Sumqayıt Regional Mərkəzində növbəti maarifləndirmə tədbiri həyata keçirilib. ...

Ardını oxu