Məlumat verildiyi kimi, dünən gecə saatlarında Bakı şəhəri, Nəsimi rayonu, Balababa Məcidov küçəsi, 75 ünvanında baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq qüvvələri tərəfindən genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.
Yanğın nəticəsində bir-birinə bitişik tikilən ümumi sahəsi 1800m² olan evlərdən ümumi sahəsi 50m² olan ikimərtəbəli ikiotaqlı evin 2-ci mərtəbəsində 1 otağın və mətbəxin yanar konstruksiyaları 25m², dam örtüyü 120m² sahədə və 1-ci mərtəbədə ümumi sahəsi 25m² olan ikiotaqlı evin mətbəxinin tavanı 4m² sahədə yanıb. Yanğın zamanı bir nəfər vətəndaş tüstüdən yüngül zəhərlənib.
Yanğınsöndürənlərin çevik və peşəkar fəaliyyəti sayəsində evlərin qalan hissəsi yanğından mühafizə olunub, habelə alovun bitişik digər evlərə keçməsinə imkan verilməyib.
Hadisə ilə əlaqədar aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır.
Fövqəladə Hallar Nazirliyinin aidiyyəti qurumları tərəfindən fövqəladə hallarla bağlı davranış qaydaları barədə əhalinin maarifləndirilməsi məqsədilə silsilə tədbirlər keçirilib. ...
Ardını oxuFövqəladə Hallar Nazirliyi Dövlət Yanğın Nəzarəti Xidmətinin (DYNX) təşkilatçılığı ilə Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsindəki şəhid Ramiz Aboyev adına parkda “Heydər Əliyev İli” çərçivəsində ağacəkmə aksiyası keçirilib. ...
Ardını oxuFövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən səlahiyyətlərinə uyğun olaraq respublika ərazisində qanunsuz tikintilərlə bağlı müvafiq tədbirlərin həyata keçirilməsi davam etdirilir. ...
Ardını oxu