Geri

Fövqəladə Hallar Nazirliyinin Akademiyasında Zəfər Gününə həsr olunmuş tədbir keçirilib

Fövqəladə Hallar Nazirliyinin Akademiyasında Zəfər Gününə həsr olunmuş tədbir keçirilib.

Kursantların Vətənə məhəbbət, dövlətçiliyə sədaqət ruhunda tərbiyə olunması, onların asudə vaxtlarının səmərəli təşkili, zəngin milli mədəniyyətimiz və hərb tariximizin təbliği məqsədilə keçirilən tədbirdə qonaq qismində Vətən müharibəsi iştirakçıları da iştirak edib.

Dövlət Himninin səsləndirilməsi ilə başlanan tədbirdə Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş sözü ilə açan FHN Akademiyasının rəis müavini polkovnik Aslan Hüseynov kursantların vətənpərvərlik ruhunda tərbiyə olunması məqsədilə keçirilən tədbirlərin əhəmiyyətindən danışıb, milli-mənəvi dəyərlərin təbliğinin, Vətən tarixinin, milli qəhrəmanlarımızın həyat yolunun öyrənilməsinin vacibliyini vurğulayıb. İkinci Qarabağ müharibəsində qazanılmış möhtəşəm Qələbənin əhəmiyyətindən söz açan rəis müavini bildirib ki, ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin müdrik rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində qüdrətli Azərbaycan Ordusunun qazandığı tarixi Zəfərlə hər birimiz qürur duyuruq.

Sonra tədbirdə vətənpərvlik mövzusunda mahnı və şeirlər səsləndirilib, müxtəlif səhnəciklər təqdim edilib.

Tədbir Akademiyanın hərbi orkestrinin konsert proqramı ilə davam etdirilib.

Digər məlumatlar

Azərbaycan Respublikasının fövqəladə hallar naziri Kəmaləddin Heydərov Masallı şəhərində vətəndaşları qəbul edəcək

Azərbaycan Respublikasının fövqəladə hallar naziri Kəmaləddin Heydərov tərəfindən Yardımlı şəhərində keçirilməsi nəzərdə tutulan vətəndaşların qəbulunun tarixi və yeri dəyişib. ...

Ardını oxu

FHN Mətbuat xidmətinin məlumatı (video, foto)

26 dekabr 2023-cü il tarixində İmişli rayonu, Qaragüvəndikli kəndində, Boztəpə kanalında batması ehtimal olunan 2013-cü il təvəllüdlü Xankişiyev Rasim Vasif oğlunun axtarışları Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən intensiv şəkildə davam etdirilir. ...

Ardını oxu

FHN Mətbuat xidmətinin məlumatı

Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi üzərinə düşən vəzifələrinin icrası, o cümlədən əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir. ...

Ardını oxu