Geri

FHN-in əməkdaşları beynəlxalq sərgidə iştirak edib

Fövqəladə Hallar Nazirliyinin Rəqəmsal texnologiyalar və innovasiyaların inkişafı Baş idarəsi rəisinin birinci müavini Nicat Əliyevin və həmin idarənin Rəqəmsallıq və innovasiyalar idarəsinin rəisi polkovnik Fəxri Ağayev Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində keçirilmiş “GITEX GLOBAL” beynəlxalq informasiya texnologiyaları sərgisində iştirak edib.

Səfər çərçivəsində bir sıra beynəlxalq nüfuzlu şirkətlərin təmsilçiləri ilə görüşlər keçirilib, yüksək texnologiyaların tətbiqi barədə geniş fikir mübadiləsi aparılıb. Həmçinin, səfər çərçivəsində Baş idarə rəisinin birinci müavini N.Əliyev nüfuzlu “Entrepreneur” jurnalına sərgidə iştirak etməkdə məqsəd, eləcə də Azərbaycan Fövqəladə Hallar Nazirliyində fövqəladə hallarla mübarizə üzrə tətbiq edilən ən müasir texnologiyalar barədə müsahibə verib. 

Qeyd edək ki, “GITEX” hər il Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində keçirilən nüfuzlu beynəlxalq informasiya texnologiyaları sərgisidir. Tədbir Yaxın Şərq, Asiya və Afrikanın iqtisadiyyatlarını formalaşdıran ən müasir texnologiyalara əsaslanan transformasiyaları, investisiya və layihələri təqdim edir. Qırx ildən artıqdır ki, fəaliyyət göstərən GITEX brendi 2022-ci ildə çoxsaylı texnologiya şirkətlərinin, startapların, məruzəçilərin və 170-dən çox ölkədən olan iştirakçıların təmsil olunduğunu nümayiş etdirən beynəlxalq səviyyəli tədbir kimi artıq “GITEX GLOBAL” kimi təqdim edilir.

Digər məlumatlar

Azərbaycan Respublikasının fövqəladə hallar naziri Kəmaləddin Heydərov Masallı şəhərində vətəndaşları qəbul edəcək

Azərbaycan Respublikasının fövqəladə hallar naziri Kəmaləddin Heydərov tərəfindən Yardımlı şəhərində keçirilməsi nəzərdə tutulan vətəndaşların qəbulunun tarixi və yeri dəyişib. ...

Ardını oxu

FHN Mətbuat xidmətinin məlumatı (video, foto)

26 dekabr 2023-cü il tarixində İmişli rayonu, Qaragüvəndikli kəndində, Boztəpə kanalında batması ehtimal olunan 2013-cü il təvəllüdlü Xankişiyev Rasim Vasif oğlunun axtarışları Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən intensiv şəkildə davam etdirilir. ...

Ardını oxu

FHN Mətbuat xidmətinin məlumatı

Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi üzərinə düşən vəzifələrinin icrası, o cümlədən əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir. ...

Ardını oxu