Geri

Fövqəladə Hallar Nazirliyi tərəfindən silsilə maarifləndirmə tədbirləri keçirilib

Belə ki, FHN-in Dövlət Yanğın Nəzarəti Xidmətinin mütəxəssislərinin də iştirakı ilə Sumqayıt Regional Mərkəzi tərəfindən Sumqayıt şəhər Q.Qarayev adına 1 nömrəli Uşaq Musiqi Məktəbində və Sumqayıt Dövlət Peşə Təhsil Mərkəzinin müəllim və şagird heyətinin iştirakı ilə Sumqayıt şəhər Heydər Əliyev Mərkəzində, Gəncə Regional Mərkəzi tərəfindən Ağstafa rayon H.Əlizadə adına Köçəsgər kənd 1 nömrəli tam orta məktəbində, Qarabağ Regional Mərkəzi tərəfindən Bərdə rayon Qaradırnaq kənd və Füzuli rayon Gecəgözlü kənd tam orta məktəblərində, Cənub Regional Mərkəzi tərəfindən Masallı rayon Musaküçə kənd tam orta məktəbində, Muğan Regional Mərkəzi tərəfindən Neftçala rayon II Qaralı kənd tam orta məktəbində, Şimal Regional Mərkəzi tərəfindən Quba rayon Digah kənd və Siyəzən rayon Gilgilçay qəsəbə tam orta məktəblərində, Şimal-qərb Regional Mərkəzi tərəfindən Oğuz rayon E.Hüseynov adına Ərmənət kənd və İ.Rəhimov adına Qumlaq kənd tam orta məktəblərində, Aran Regional Mərkəzi tərəfindən Yevlax şəhər N.Nərimanov adına 9 nömrəli tam orta məktəbində maarifləndirmə tədbirləri keçirilib.

Tədbirlərin keçirilməsində məqsəd baş verə biləcək təbii və texnogen xarakterli fövqəladə hadisələrlə bağlı zəruri davranış qaydaları barədə vətəndaşlara müvafiq biliklərin verilməsi olub.

Tədbirlərdə fövqəladə halların təsnifatı, ölkəmiz üçün xarakterik olan fövqəladə hallar, o cümlədən yanğınların baş vermə səbəbləri və bu zaman zəruri davranış qaydaları barədə ətraflı məlumat verilib, FHN-in “112” qaynar telefon xəttinin təyinatı izah olunub, ilkin yanğınsöndürmə vasitələrindən istifadə qaydaları əyani şəkildə nümayiş etdirilib.

İnteraktiv formada keçirilən tədbirlər zamanı suallar ətraflı cavablandırılıb.

Digər məlumatlar

Fövqəladə Hallar Nazirliyi tərəfindən silsilə maarifləndirmə tədbirləri keçirilib

Fövqəladə Hallar Nazirliyinin aidiyyəti qurumları tərəfindən fövqəladə hallarla bağlı davranış qaydaları barədə əhalinin maarifləndirilməsi məqsədilə silsilə tədbirlər keçirilib. ...

Ardını oxu

Gəncə şəhərində aparılan qanunsuz tikintinin qarşısı alınıb (video, foto)

Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi və Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən respublika ərazisində qanunsuz tikintilərlə bağlı birgə tədbirlərin həyata keçirilməsi davam etdirilir. ...

Ardını oxu

FHN Mətbuat xidmətinin məlumatı

Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi üzərinə düşən vəzifələrinin icrası, o cümlədən əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir. ...

Ardını oxu