Geri

FHN-in İdman-sağlamlıq klubunda sərbəst güləş üzrə çempionat keçirilib

24-25 noyabr 2022-ci il tarixlərində Fövqəladə Hallar Nazirliyinin İdman-sağlamlıq klubu və FHN işçilərinin Həmkarlar İttifaqının birgə təşkilatçılığı ilə Milli Olimpiya Komitəsinin yaranmasının 30 illiyinə həsr olunmuş nazirliyin əməkdaşları arasında sərbəst güləş üzrə çempionat keçirilib.

Çempionatın görüşləri FHN-in İdman-sağlamlıq klubunun idman arenasında baş tutub. Yarışda Nazirliyin 16 qurumundan 100-ə yaxın idmançı əzmkar mübarizə apararaq öz qüvvəsini sınayıb. Olimpiya sistemi ilə beynəlxalq qaydalara uyğun olaraq 8 çəki dərəcəsi üzrə keçirilən yarışları beynəlxalq dərəcəli hakim Qərib Əliyev və digər hakimlər idarə edib. Gərgin idman şəraitində keçən çempionatda:

57 kq çəkidə

I yer - Məlikov Nihad (MMQ)

II yer - Rəşid Sadıqov (XRXX)

III yer - Şəhriyar Salmanov (DYMX)

III yer - Yusif Soltanlı (DYMX)

 

61 kq çəkidə

I yer - Həsən Seyidov (DYMX)

II yer - Turan Nəbiyev (DYMX)

III yer - Murad Babayev (CRM)

III yer - Samir Yusifli ( MMQ)

 

65 kq çəkidə

I yer - Cəlal Süleymanov (XRXX)

II yer - Fəzail Şükürzadə (FHN Akademiya)

III yer - Seyidi Mir Elturan (DYMX)

III yer - Mahir Mahmudov (MMQ)

 

70 kq çəkidə

I yer – Azər Şiriyev (CRM)

II yer - Samir Nağızadə (MRM)

III yer - Elxan Nəbiyev (DYMX)

III yer – Rufan Ələsgərov (MMQ)

 

74 kq çəkidə

I yer - Tural Əkbərov (DYMX)

II yer – Seymur Məmmədov (XRXX)

III yer – Asif Nuriyev (DYMX)

III yer- Elvin Soltanov (MMQ)


86 kq çəkidə

I yer – Elmir Qəmbərov (İSK)

II yer – Fariz Məmmədov (XRXX)

III yer – Rəvan Babbayev(XRXX)

III yer – Elvin Tağıyev (DYMX)

 

97 kq çəkidə

I yer- Ramin Əsədov (FHN Akademiya)

II yer – Rəşad Səfərov (XRXX)

III yer –Yaşar Zamanov (DYMX)

III yer – Əli Məhərrəmov (Aran RM)

 

125 kq çəkidə

I yer- Camaı Abdulov (SRM)

II yer – Ruhi İSgəndərov (DYMX)

III yer - Səlim ORucov (XRXX)

III yer – Əlisgəndər Paşayev (DYMX)

 

Komanda hesabında isə I yerə Dövlət Yanğından Mühafizə Xidmətinin, II yerə Xüsusi Riskli Xilasetmə Xidmətinin, III yerə isə Mülki müdafiə qoşunlarının komandaları layiq görülüblər.

Yarışın yekununda FHN işçilərinin Həmkarlar İttifaqının sədri Mehman İsmayılov və İdman-sağlamlıq klubunun rəisi polkovnik Füzuli Musayev çıxış edərək yarışda qalib gələn və fərqlənən idmançıları təbrik edib, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıblar.

Sonda isə uğur qazanmış komandalara və idmançılara kubok, medal və diplomlar təqdim olunub.

Digər məlumatlar

FHN Baş əməliyyat idarəsinin təşkilatçılığı ilə komanda-qərargah təlimi keçirilib

6-8 dekabr 2022-ci il tarixlərində Fövqəlаdə Hallar Nazirliyinin Baş əməliyyat idarəsinin təşkilatçılığı ilə “Fövqəladə halların nəticələrinin aradan qaldırılması zamanı Mülki müdafiə qoşunlarının qüvvələrinin idarə edilməsinin təşkili” mövzusunda komanda-qərargah təlimi keçirilib....

Ardını oxu

FHN Mətbuat xidmətinin məlumatı (video, foto)

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Qusar şəhəri, Ç.Qurbanov küçəsində yanğın baş verməsi barədə məlumat daxil olub. ...

Ardını oxu