Geri

FHN-in Dövlət Yanğın Nəzarəti Xidməti pambıq tədarükü zamanı yanğın təhlükəsizliyinə dair maarifləndirmə tədbirləri keçirib

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti respublikada pambıq tədarükü zamanı yanğın təhlükəsizliyinin təmin olunması istiqamətində silsilə maarifləndirmə tədbirləri keçirib.

Bu çərçivədə, Xidmətin əməkdaşları tərəfindən “MKT İstehsalat Kommersiya” MMC-nin Yevlax pambıq qəbulu məntəqəsində və Zərdab rayonundakı xam pambığın əkilib becərilməsi, tədarükü və emalı zavodunda, “P-Aqro” MMC-nin Ucar rayonundakı pambıq emalı zavodunda, Zərdab, Kürdəmir və Yevlax rayonlarındakı pambıq qəbulu məntəqələrində, “Kürdəmir-pambıq“ ASC-nin pambıq emalı zavodunda yanğın təhlükəsizliyinə dair maarifləndirmə tədbirləri keçirilib.

Tədbirlərdə sözügedən müəssisələrin əməkdaşları iştirak edib.

"Pambıq tədarükü və emalı zamanı yanğın təhlükəsizliyi tələbləri" mövzusunda keçirilən tədbirlərdə xam pambığın yığılmasına, daşınmasına və emalına cəlb olunan kənd təsərrüfatı maşınlarının ilkin yanğın və qığılcım söndürmə vasitələri ilə təmin edilməsinin vacibliyi diqqətə çatdırılıb. Həmçinin, tədbir iştirakçıları pambıq tarlalarının, pambıqqurutma meydançalarının ərazisində və yaxınlığında tonqal qalanmasının, açıq oddan istifadə edilməsinin, siqaret çəkilməsinin müvafiq normalara zidd olması barədə məlumatlandırılıb. Eyni zamanda, su mənbələrinə müvafiq yolların salınmasının, hovuzların yanında avtomobillərin manevr etməsi üçün meydançaların olmasının zəruriliyi də müəssisələrin səlahiyyətli şəxslərinin nəzərinə çatdırılıb.

Digər məlumatlar

Fövqəladə Hallar Nazirliyi tərəfindən məktəblilər üçün “açıq qapı” günü keçirilib

Fövqəladə Hallar Nazirliyi İctimaiyyətlə əlaqə idarəsinin təşkilatçılığı ilə məktəblilər üçün Nazirliyin Dövlət Yanğından Mühafizə Xidməti və Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzində “açıq qapı” günü keçirilib. ...

Ardını oxu

FHN Mətbuat xidmətinin məlumatı (video)

Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi üzərinə düşən vəzifələrinin icrası, o cümlədən əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir. ...

Ardını oxu

FHN-in Fövqəladə halların nəticələrinin aradan qaldırılması işinin təşkili Baş idarəsi “İntihar və intihara cəhd hadisələrin qarşısının alınması” mövzusunda növbəti maarifləndirmə tədbirini keçirib

Fövqəladə Hallar Nazirliyinin Fövqəladə halların nəticələrinin aradan qaldırılması işinin təşkili Baş idarəsi tərəfindən Nazirliyin müvafiq əmrinə uyğun olaraq Sumqayıt Regional Mərkəzində növbəti maarifləndirmə tədbiri həyata keçirilib. ...

Ardını oxu