Geri

FHN Mətbuat xidmətinin məlumatı (foto)

Xəbər verildiyi kimi, bu gün günorta saatlarında Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsində yerləşən çoxmərtəbəli yaşayış binasında yanğın baş verməsi barədə məlumat daxil olub və dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri cəlb olunub.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən yanğının onaltımərtəbəli yaşayış binasının 13-cü mərtəbəsində yerləşən üçotaqlı mənzildə baş verdiyi və genişlənərək daha geniş sahəyə yayılma, o cümlədən digər mənzillərə keçmə riskinin yüksək olduğu və bina sakinlərinin həyatı üçün təhlükə yaratdığı müəyyən edilib.

Əməliyyat şəraitinə uyğun olaraq həyata keçirilmiş zəruri və təxirəsalınmaz tədbirlər, o cümlədən xüsusi təyinatlı texnika – avtonərdivanın operativ tətbiqi sayəsində yanğının genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülməsi və bina sakinlərinin təxliyəsi təmin olunub.

Yanğın zamanı FHN-in qüvvələri tərəfindən 2-si uşaq olmaqla 12 nəfər təxliyə olunub. Yanğın baş verən və ümumi sahəsi 90kv.m olan mənzilin mətbəx-zalının döşəməsi 6kv.m sahədə, 1 ədəd pəncərə çərçivəsi və ev əşyaları 27kv.m sahədə yanıb. Mənzilin qalan hissəsi və qonşu mənzillər yanğından mühafizə olunub.

 

Digər məlumatlar

Azərbaycan Respublikasının fövqəladə hallar naziri Kəmaləddin Heydərov Masallı şəhərində vətəndaşları qəbul edəcək

Azərbaycan Respublikasının fövqəladə hallar naziri Kəmaləddin Heydərov tərəfindən Yardımlı şəhərində keçirilməsi nəzərdə tutulan vətəndaşların qəbulunun tarixi və yeri dəyişib. ...

Ardını oxu

FHN Mətbuat xidmətinin məlumatı (video, foto)

26 dekabr 2023-cü il tarixində İmişli rayonu, Qaragüvəndikli kəndində, Boztəpə kanalında batması ehtimal olunan 2013-cü il təvəllüdlü Xankişiyev Rasim Vasif oğlunun axtarışları Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən intensiv şəkildə davam etdirilir. ...

Ardını oxu

FHN Mətbuat xidmətinin məlumatı

Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi üzərinə düşən vəzifələrinin icrası, o cümlədən əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir. ...

Ardını oxu