Geri

Fövqəladə Hallar Nazirliyi tərəfindən silsilə maarifləndirmə tədbirləri keçirilib

Fövqəladə Hallar Nazirliyinin aidiyyəti qurumları tərəfindən fövqəladə hallarla bağlı davranış qaydaları barədə əhalinin maarifləndirilməsi məqsədilə silsilə tədbirlər keçirilib.

Belə ki, FHN-in Dövlət Yanğın Nəzarəti Xidmətinin mütəxəssislərinin də iştirakı ilə Sumqayıt Regional Mərkəzi tərəfindən Sumqayıt şəhər 29 nömrəli tam orta məktəbində, Qarabağ Regional Mərkəzi tərəfindən Ağdam rayon Qasımbəyli qəsəbə tam orta məktəbində, Aran Regional Mərkəzi tərəfindən Goranboy rayon Qarqucaq kənd tam orta məktəbində, Şimal Regional Mərkəzi tərəfindən isə Qusar rayon Yuxarı Zeyxur kənd tam orta məktəbində maarifləndirmə tədbirləri keçirilib.

Tədbirlərin keçirilməsində məqsəd baş verə biləcək təbii və texnogen xarakterli fövqəladə hadisələrlə bağlı zəruri davranış qaydaları barədə vətəndaşlara müvafiq biliklərin verilməsi olub.

Tədbirlərdə fövqəladə halların təsnifatı, ölkəmiz üçün xarakterik olan fövqəladə hallar, o cümlədən yanğınların baş vermə səbəbləri və bu zaman zəruri davranış qaydaları barədə ətraflı məlumat verilib, FHN-in “112” qaynar telefon xəttinin təyinatı izah olunub, ilkin yanğınsöndürmə vasitələrindən istifadə qaydaları əyani şəkildə nümayiş etdirilib.

İnteraktiv formada keçirilən tədbirlər zamanı suallar ətraflı cavablandırılıb.

 

 

Digər məlumatlar

Fövqəladə Hallar Nazirliyi tərəfindən məktəblilər üçün “açıq qapı” günü keçirilib

Fövqəladə Hallar Nazirliyi İctimaiyyətlə əlaqə idarəsinin təşkilatçılığı ilə məktəblilər üçün Nazirliyin Dövlət Yanğından Mühafizə Xidməti və Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzində “açıq qapı” günü keçirilib. ...

Ardını oxu

FHN Mətbuat xidmətinin məlumatı (video)

Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi üzərinə düşən vəzifələrinin icrası, o cümlədən əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir. ...

Ardını oxu

FHN-in Fövqəladə halların nəticələrinin aradan qaldırılması işinin təşkili Baş idarəsi “İntihar və intihara cəhd hadisələrin qarşısının alınması” mövzusunda növbəti maarifləndirmə tədbirini keçirib

Fövqəladə Hallar Nazirliyinin Fövqəladə halların nəticələrinin aradan qaldırılması işinin təşkili Baş idarəsi tərəfindən Nazirliyin müvafiq əmrinə uyğun olaraq Sumqayıt Regional Mərkəzində növbəti maarifləndirmə tədbiri həyata keçirilib. ...

Ardını oxu