Geri

FHN-in Akademiyasında və İdman-sağlamlıq klubunda “açıq qapı” günü keçirilib

10-11 noyabr 2022-ci il tarixlərində Azərbaycan Respublikası Elm və Təhsil Gənclər və İdman nazirliklərinin təşkilatçılığı, Fövqəladə Hallar Nazirliyinin Akademiyası və İdman-sağlamlıq klubunun dəstəyi ilə “LANDAU SCHOOL” liseyinin 5-8-ci sinif şagirdləri üçün “açıq qapı” günü təşkil olunub.

Tədbirin keçirilməsində məqsəd şagirdlərin FHN-in yaranma tarixi, inkişafı və fəaliyyəti barədə məlumatlandırılması, məktəblilərin hərtərəfli inkişafına, onların fiziki və mənəvi cəhətdən sağlam yetişməsinə, onlarda təhlükəsiz həyat fəaliyyəti mədəniyyətinin formalaşmasına kömək etmək olub.

İlk olaraq məktəblilər Akademiyada fəaliyyət göstərən Heydər Əliyev Mərkəzi ilə tanış olublar. Burada şagirdlərə ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyəti barədə geniş məlumat verilib. Şagirdlər Akademiyanın muzeyi, fənn kabinetləri, laboratoriyalar, kitabxana, xilasetmə və yanğınsöndürmə texnikası və avadanlıqları ilə də tanış olublar. Həmçinin, uşaqlarla fövqəladə hallarla bağlı davranış qaydaları haqqında maarifləndirici söhbətlər aparılıb, onları maraqlandıran suallar cavablandırılıb.

Daha sonra isə FHN-in İdman-sağlamlıq klubunda olan şagirdlər burada yaradılan şəraitlə tanış olublar. Klubun rəisi polkovnik Füzuli Musayev uşaqlarla görüşərək klubda fəaliyyət göstərən 2000 tamaşaçı yerlik universal zala, fitness, cüdo, boks, güləş, karate və taekvando zallarına, üzgüçülük hovuzuna baxış keçiriblər. Sonra məktəblilər klubda yaradılmış muzey ilə də tanış olublar. Şagirdlərə klubun fəaliyyətindən, əməkdaşların və klubun üzvlərinin dünya və Avropa birinciliklərində, həmçinin digər turnirlərdə qazanılmış uğurlarından, uşaq, gənc və yeniyetmə idmançıların sağlam və vətənpərvər ruhda yetişməsindən, onların yarışlara hazırlıq prosesindən söhbət edilib və suallar cavablandırılıb.

Sonda isə xatirə şəkilləri çəkilib.

 

 

Digər məlumatlar

Fövqəladə Hallar Nazirliyi tərəfindən məktəblilər üçün “açıq qapı” günü keçirilib

Fövqəladə Hallar Nazirliyi İctimaiyyətlə əlaqə idarəsinin təşkilatçılığı ilə məktəblilər üçün Nazirliyin Dövlət Yanğından Mühafizə Xidməti və Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzində “açıq qapı” günü keçirilib. ...

Ardını oxu

FHN Mətbuat xidmətinin məlumatı (video)

Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi üzərinə düşən vəzifələrinin icrası, o cümlədən əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir. ...

Ardını oxu

FHN-in Fövqəladə halların nəticələrinin aradan qaldırılması işinin təşkili Baş idarəsi “İntihar və intihara cəhd hadisələrin qarşısının alınması” mövzusunda növbəti maarifləndirmə tədbirini keçirib

Fövqəladə Hallar Nazirliyinin Fövqəladə halların nəticələrinin aradan qaldırılması işinin təşkili Baş idarəsi tərəfindən Nazirliyin müvafiq əmrinə uyğun olaraq Sumqayıt Regional Mərkəzində növbəti maarifləndirmə tədbiri həyata keçirilib. ...

Ardını oxu