Geri

FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti müşavirə keçirib

Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti tərəfindən Mingəçevir şəhər İcra Hakimiyyətində “Kiçikhəcmli gəmilərin təhlükəsiz istismarı” mövzusunda müşavirə keçirilib.

Tədbir Kür çayının Mingəçevir şəhərindən keçən hissəsində və Mingəçevir Su Anbarında kiçikhəcmli gəmilərin istismarı zamanı qəzaların qarşısının alınması və su obyektlərində insanların təhlükəsizliyinin təmin edilməsi üçün qabaqlayıcı-profilaktik tədbirlərin görülməsi məqsədilə təşkil olunub.

Müşavirədə FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin, Aran Regional Mərkəzinin, Daxili İşlər Nazirliyinin Su Nəqliyyatında Polis İdarəsinin, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin və Mingəçevir Şəhər İcra Hakimiyyətinin məsul şəxsləri iştirak edib.

Tədbiri giriş sözü ilə açan Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov kiçikhəcmli gəmilərin istismarı zamanı qəzaların qarşısının alınması, insanların su obyektlərində təhlükəsizliyinin təşkili ilə bağlı Xidmətin fəaliyyətinin əhəmiyyətindən danışıb, Kür çayı sahilində kiçikhəcmli gəmilərin təhlükəsiz yan alması, habelə sakinlərin su obyektlərində təhlükəsizliyinin təmin olunması istiqamətində görülmüş işlərdən bəhs edib.

Sonra Xidmətin əməkdaşları tərəfindən kiçikhəcmli gəmilərin təhlükəsizliyinin təmin olunmasında əsas istiqamətlərdən bəhs olunub, bu sahədə istifadə olunan qaydalar, təlimatlar, normativ-texniki sənədlər barədə iştirakçılara ətraflı məlumat verilib. Həmçinin, kiçikhəcmli gəmilərin qanunvericiliklə nəzərdə tutulmuş qaydada dövlət qeydiyyatına alınmasının və texniki baxışdan keçirilməsinin, habelə gəmi sürücüləri tərəfindən sürücülük vəsiqələrinin alınmasının vacibliyi qeyd edilib, kiçikhəcmli gəmilərin təhlükəsiz istismarı ilə bağlı qabaqlayıcı-profilaktik tədbirlərin görülməsinin zəruriliyi vurğulanıb.

Sonda müşavirə iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.

 

 

Digər məlumatlar

Azərbaycan Respublikasının fövqəladə hallar naziri Kəmaləddin Heydərov Masallı şəhərində vətəndaşları qəbul edəcək

Azərbaycan Respublikasının fövqəladə hallar naziri Kəmaləddin Heydərov tərəfindən Yardımlı şəhərində keçirilməsi nəzərdə tutulan vətəndaşların qəbulunun tarixi və yeri dəyişib. ...

Ardını oxu

FHN Mətbuat xidmətinin məlumatı (video, foto)

26 dekabr 2023-cü il tarixində İmişli rayonu, Qaragüvəndikli kəndində, Boztəpə kanalında batması ehtimal olunan 2013-cü il təvəllüdlü Xankişiyev Rasim Vasif oğlunun axtarışları Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən intensiv şəkildə davam etdirilir. ...

Ardını oxu

FHN Mətbuat xidmətinin məlumatı

Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi üzərinə düşən vəzifələrinin icrası, o cümlədən əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir. ...

Ardını oxu