Geri

FHN-in Bakı Regional Mərkəzi Milli Aviasiya Akademiyasının tələbələri üçün təlim-praktiki məşğələ təşkil edib

Fövqəladə Hallar Nazirliyinin Bakı Regional Mərkəzində Milli Aviasiya Akademiyası (MAA) ilə razılaşmaya əsasən MAA-ın “Nəqliyyat texnologiyaları” fakültəsinin IV kurs tələbələri üçün “Qəza-xilasetmə işlərində istifadə olunan xüsusi texniki vasitələr” və “Qəza-xilasetmə işlərində desantlamanın əsasları” fənnləri üzrə təlim-praktiki məşğələ təşkil edilib.

Məşğələnin keçirilməsində məqsəd baş verə biləcək təbii və texnogen xarakterli fövqəladə hadisələrdə dayanıqlı rabitənin təşkili və bu hadisələr zamanı müvafiq davranış qaydaları barədə tələbələrə müvafiq biliklərin verilməsi olub.

Məşğələ zamanı tələbələrə ilkin taktiki hazırlıq üzrə “Fövqəladə halların təsnifatı” mövzusunda mühazirə deyilib, qəza-xilasetmə işlərinin aparılması zamanı rabitənin təşkili və fövqəladə hal zonasında radiostansiyadan istifadə qaydaları izah edilib. Eyni zamanda, fövqəladə hal zonasında xilasedicilərin fəaliyyət istiqamətləri, zərərçəkmişlərin təxliyə olunması və xilasetmə işləri zamanı təhlükəsizlik qaydalarına dair tələbələr və s. barədə geniş məlumat verilib.

İnteraktiv formada keçirilən məşğələ zamanı tələbələri maraqlandıran suallar ətraflı cavablandırılıb.

 

Digər məlumatlar

Prezident İlham Əliyev yeni alınmış xüsusi təyinatlı texnikalar və təcili tibbi yardım avtomobilləri ilə tanış olub (YENİLƏNİB)

Dekabrın 9-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Fövqəladə Hallar Nazirliyi (FHN) tərəfindən alınmış və işğaldan azad olunmuş ərazilərdə istifadə ediləcək xüsusi təyinatlı texnikalar və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən alınmış müasir təcili tibbi yardım avtomobilləri ilə tanış olub....

Ardını oxu

FHN Mətbuat xidmətinin məlumatı

Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi üzərinə düşən vəzifələrinin icrası, o cümlədən əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir. ...

Ardını oxu

FHN Baş əməliyyat idarəsinin təşkilatçılığı ilə komanda-qərargah təlimi keçirilib

6-8 dekabr 2022-ci il tarixlərində Fövqəlаdə Hallar Nazirliyinin Baş əməliyyat idarəsinin təşkilatçılığı ilə “Fövqəladə halların nəticələrinin aradan qaldırılması zamanı Mülki müdafiə qoşunlarının qüvvələrinin idarə edilməsinin təşkili” mövzusunda komanda-qərargah təlimi keçirilib....

Ardını oxu