Geri

FHN-in Şimal Regional Mərkəzi “Siyəzən Broyler” ASC-də mülki müdafiə məşqi təşkil edib

Fövqəladə Hallar Nazirliyinin Şimal Regional Mərkəzi Siyəzən rayonunda yerləşən “Siyəzən Broyler” ASC-də obyekt mülki müdafiə məşqi təşkil edib.

Məşqin keçirilməsində əsas məqsəd mülki müdafiə tədbirlər planının reallığının yoxlanılması, məşqə cəlb olunan heyətin mülki müdafiə sahəsində bilik və bacarıqlarının artırılması, qüvvələr arasında qarşılıqlı fəaliyyətin təşkili və bu sahədə əməli vərdişlərin aşılanması olub.

Məşqə FHN-in Şimal Regional Mərkəzi, Siyəzən rayon Yanğından Mühafizə Hissəsinin və “Siyəzən Broyler” ASC-nin müvafiq heyəti və texnikaları cəlb edilib.

Məşq zamanı şəxsi heyətin fövqəladə hal barədə xəbərdar edilməsi, toplanması, habelə yaranmış ekstremal vəziyyətin nəticələrinin aradan qaldırılması və ümumi idarəetmənin təşkili üzrə fəaliyyətləri qiymətləndirilib, eləcə də funksional vəzifələrlə bağlı məruzələr dinlənilib.

Uğurla reallaşdırılan məşqdən sonra əldə edilmiş nəticələr müzakirə olunub, aidiyyəti üzrə tapşırıqlar verilib.

Digər məlumatlar

Prezident İlham Əliyev yeni alınmış xüsusi təyinatlı texnikalar və təcili tibbi yardım avtomobilləri ilə tanış olub (YENİLƏNİB)

Dekabrın 9-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Fövqəladə Hallar Nazirliyi (FHN) tərəfindən alınmış və işğaldan azad olunmuş ərazilərdə istifadə ediləcək xüsusi təyinatlı texnikalar və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən alınmış müasir təcili tibbi yardım avtomobilləri ilə tanış olub....

Ardını oxu

FHN Mətbuat xidmətinin məlumatı

Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi üzərinə düşən vəzifələrinin icrası, o cümlədən əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir. ...

Ardını oxu

FHN Baş əməliyyat idarəsinin təşkilatçılığı ilə komanda-qərargah təlimi keçirilib

6-8 dekabr 2022-ci il tarixlərində Fövqəlаdə Hallar Nazirliyinin Baş əməliyyat idarəsinin təşkilatçılığı ilə “Fövqəladə halların nəticələrinin aradan qaldırılması zamanı Mülki müdafiə qoşunlarının qüvvələrinin idarə edilməsinin təşkili” mövzusunda komanda-qərargah təlimi keçirilib....

Ardını oxu