Geri

FHN Mətbuat xidmətinin məlumatı (video)

Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi üzərinə düşən vəzifələrinin icrası, o cümlədən əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir.

Belə ki, Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında Nazirliyin aidiyyəti qurumları tərəfindən ötən sutka ərzində 37 yanğına çıxış, 1 nəqliyyat qəzası və 2 köməksiz vəziyyətdə qalma faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib. Görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.

Ümumilikdə, FHN-in qüvvələri tərəfindən ötən sutka ərzində 8 nəfər, o cümlədən avtoqəza nəticəsində deformasiyaya uğrayan nəqliyyat vasitəsində sıxılı vəziyyətdə qalan 1 nəfər xilas edilib, yanğınlar zamanı 110 nəfər təxliyə olunub, 1 nəfər xəsarət alıb, bağlı qapı arxasında aşkar olunan 1 nəfərin meyiti aidiyyəti üzrə təhvil verilib.

 

Digər məlumatlar

FHN Mətbuat xidmətinin məlumatı (video)

  Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Qobustan rayonu, Bakı-Şamaxı yolunun 88 km-də yol-nəqliyyat qəzasının baş verməsi və vətəndaşın avtomobildə sıxılı vəziyyətdə qalması barədə məlumat daxil olub....

Ardını oxu

FHN Mətbuat xidmətinin məlumatı (video, foto)

  Fövqəladə Hallar Nazirliyinin “112" qaynar telefon xəttinə Bakı şəhəri, Nərimanov rayonu, Dərnəgül yaşayış massivində yerləşən hal-hazırda fəaliyyət göstərməyən zavod ərazisində yanğın baş verməsi barədə məlumat daxil olub və dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri çağırış üzrə cəlb olunub....

Ardını oxu

FHN Mətbuat xidmətinin məlumatı (video)

  Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Sumqayıt şəhəri, 14-cü məhəllə ərazisində bir nəfərin mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub....

Ardını oxu