Geri

FHN Mülki müdafiə qoşunlarının gənc əsgərlərinin psixoloji müayinəsi aparılıb

Fövqəladə Hallar Nazirliyinin Fövqəladə halların nəticələrinin aradan qaldırılması işinin təşkili Baş idarəsinin təşkilatçılığı ilə Nazirliyin psixoloqları tərəfindən Mülki müdafiə qoşunlarına müddətli həqiqi hərbi xidmətə çağırılmış gənc əsgərlərin psixoloji müayinəsi aparılıb. Nazirlik tərəfindən təsdiq edilmiş Təşkilati-metodiki Göstərişə əsasən keçirilən müayinə psixoloji testlərdən və hər bir çağırışçı ilə fərdi söhbətlərdən ibarət olub.

Aparılan bu cür proflaktik müayinələrin məqsədi gənc çağırışçılar arasında uyğunlaşma dövründə yarana biləcək psixoloji problemlərin vaxtında müəyyən edilməsi və aradan qaldırılmasıdır.

Digər məlumatlar

Azərbaycan Respublikasının fövqəladə hallar naziri Kəmaləddin Heydərov Masallı şəhərində vətəndaşları qəbul edəcək

Azərbaycan Respublikasının fövqəladə hallar naziri Kəmaləddin Heydərov tərəfindən Yardımlı şəhərində keçirilməsi nəzərdə tutulan vətəndaşların qəbulunun tarixi və yeri dəyişib. ...

Ardını oxu

FHN Mətbuat xidmətinin məlumatı (video, foto)

26 dekabr 2023-cü il tarixində İmişli rayonu, Qaragüvəndikli kəndində, Boztəpə kanalında batması ehtimal olunan 2013-cü il təvəllüdlü Xankişiyev Rasim Vasif oğlunun axtarışları Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən intensiv şəkildə davam etdirilir. ...

Ardını oxu

FHN Mətbuat xidmətinin məlumatı

Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi üzərinə düşən vəzifələrinin icrası, o cümlədən əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir. ...

Ardını oxu