Geri

FHN Bakı Regional Mərkəzində “Bəşəriyyətin təhlükə mənbəyi-Narkomaniya” mövzusunda tədbir keçirilib

Fövqəladə Hallar Nazirliyi tərəfindən əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması, belə halların (hadisələrin) qarşısının alınması və nəticələrinin aradan qaldırılması istiqamətində mütəmadi olaraq müvafiq tədbirlər həyata keçirilir.

Bu tədbirlər sırasında insan cəmiyyətinin mənəvi və əxlaqi dəyərlərinə böyük zərbə vuran, sosial-iqtisadi tərəqqini ləngidən, insanların sağlamlığını və həyatını ciddi təhlükə altına alan narkomaniyanın qarşısını almaq istiqamətində gənclər arasında aparılan geniş maarifləndirmə işini xüsusi vurğulamaq lazımdır. Azərbaycan Respublikası Prezidentinin 22 iyul 2019-cu il tarixli Sərəncamı ilə təsdiq olunmuş “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019–2024-cü illər üçün Dövlət Proqramı”nın icrası ilə əlaqədar Fövqəladə Hallar Nazirliyinin qurum və regional mərkəzlərində mütəmadi olaraq narkomanlığın cəmiyyətə və insan sağlamlığına ziyanı barədə şəxsi heyət arasında təbliğat-maarifləndirmə tədbirləri: metodiki vəsaitlərin, yaddaş kitabçalarının, bukletlərin, plakatların hazırlanması, şəxsi heyət arasında bu mövzuda iclas, müşavirə, dəyirmi masa ətrafında müzakirələrin keçirilməsi, videoçarxların, sənədli filmlərin nümayişləri, Daxili İşlər Nazirliyinin, Səhiyyə Nazirliyinin məsul işçiləri ilə görüşlərin təşkili həyata keçirilib.

Görülmüş işlərin davamı olaraq Fövqəladə halların nəticələrinin aradan qaldırılması işinin təşkili Baş idarəsi tərəfindən Bakı Regional Mərkəzinin zabit heyəti arasında “Bəşəriyyətin təhlükə mənbəyi-Narkomaniya” mövzusunda tədbir keçirilib.

Tədbirdə çıxış edən Baş idarənin Qoşun və qüvvələrin hazırlığı idarəsinin rəisi polkovnik Davud Məmmədov ümumbəşəri bəla olan narkomaniyanın inkişaf sürətinin qarşısının alınması istiqamətində gənclərin potensial imkanlarının genişləndirilməsi, elmə, idmana olan marağının artırılması, mədəni-asudə vaxtının düzgün təşkil olunmasının əhəmiyyəti haqqında danışıb.

Çıxış edən Mülki müdafiə qoşunlarının Şəxsi heyətlə iş üzrə şöbənin Şəxsi heyətin mənəvi-psixoloji hazırlıq bölməsi rəisinin baş köməkçisi baş leytenant İlqar Abbasov narkotik asılılıq, fəsadları, insan sağlamlığına və mənəviyyətına vurduğu zərbə, ondan qorunma yolları barədə ətraflı məlumat verib, mövzuyla bağlı fotoslayd və videoçarx nümayiş olunub.

Tədbirdə mövzu ətrafında geniş müzakirələr aparılıb, bu istiqamətdə keçirilən maarifləndirici tədbirlərin vacibliyi qeyd olunub.

 

Digər məlumatlar

Fövqəladə Hallar Nazirliyi tərəfindən daha bir qanunsuz tikili sökülüb (video, foto)

Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən səlahiyyətlərinə uyğun olaraq respublika ərazisində qanunsuz tikintilərlə bağlı müvafiq tədbirlərin həyata keçirilməsi davam etdirilir. ...

Ardını oxu

FHN Mətbuat xidmətinin məlumatı

Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi üzərinə düşən vəzifələrinin icrası, o cümlədən əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir. ...

Ardını oxu

FHN Mətbuat xidmətinin məlumatı (video)

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Şəmkir rayonu, 20 Yanvar küçəsində yerləşən mağazada yanğın baş verməsi barədə məlumat daxil olub. ...

Ardını oxu