Geri

FHN-in regional mərkəzlərində anım mərasimləri keçirilib

Fövqəladə Hallar Nazirliyinin regional mərkəzlərində 20 Yanvar faciəsinin 32-ci ildönümü ilə bağlı tədbirlər keçirilib.

Anım mərasimlərində 20 Yanvar şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirlərdə çıxış edənlər qeyd ediblər ki, milli maraqlara zidd addımlar atan Azərbaycanın ozamankı rəhbərlərinin istefası tələbinin irəli sürülməsinə və xalqın qətiyyətlə Dağlıq Qarabağın Ermənistana birləşdirilməsinə qarşı çıxmasına görə 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə SSRİ rəhbərliyinin birbaşa göstərişi ilə Bakıya və respublikanın digər şəhər və rayonlarına ordu yeridildi, dinc, günahsız insanlar vəhşicəsinə qətlə yetirildi.

Bildirilib ki, 1990-cı ilin Qanlı Yanvar hadisəsi Azərbaycan xalqı üçün təkcə böyük faciə deyil. O, həm də müstəqillik, istiqlal və hürriyyət uğrunda xalqımızın apardığı milli azadlıq hərəkatının zirvəsi kimi Azərbaycan tarixinə şərəfli bir səhifə olaraq həkk olunub.

Diqqətə çatdırılıb ki, xalqımızın o ağır günlərində - 1990-cı il yanvarın 21-də sovet rejiminin qadağalarına rəğmən, həyatını təhlükə qarşısında qoyaraq Azərbaycanın Moskvadakı Daimi Nümayəndəliyinə gələn Ulu Öndər Heydər Əliyev qanlı faciənin təşkilatçılarını dünya ictimaiyyəti qarşısında ittiham etdi. Məhz Ümummilli Liderin təşəbbüsü ilə bu faciəyə ilk dəfə siyasi-hüquqi qiymət verildi.

Heydər Əliyev siyasi kursunun mahir davamçısı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən 20 Yanvar şəhidlərinin adlarının əbədiləşdirilməsi, onların xatirəsinin daim ehtiramla anılması, şəhid ailəsi üzvlərinin sosial problemlərinin həlli istiqamətində bu gün də mühüm addımlar atılmaqdadır.

Tədbirlərdə 20 Yanvar faciəsinə həsr olunmuş sənədli filmlər nümayiş etdirilib.

 

 

 

 

 

 

Digər məlumatlar

Fövqəladə Hallar Nazirliyi tərəfindən daha bir qanunsuz tikili sökülüb (video, foto)

Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən səlahiyyətlərinə uyğun olaraq respublika ərazisində qanunsuz tikintilərlə bağlı müvafiq tədbirlərin həyata keçirilməsi davam etdirilir. ...

Ardını oxu

FHN Mətbuat xidmətinin məlumatı

Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi üzərinə düşən vəzifələrinin icrası, o cümlədən əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir. ...

Ardını oxu

FHN Mətbuat xidmətinin məlumatı (video)

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Şəmkir rayonu, 20 Yanvar küçəsində yerləşən mağazada yanğın baş verməsi barədə məlumat daxil olub. ...

Ardını oxu