Geri

FHN Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-mədən Nəzarəti Dövlət Agentliyi növbəti qayda pozuntusunun qarşısını alıb

Fövqəladə Hallar Nazirliyi Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-mədən Nəzarəti Dövlət Agentliyi sənayedə və dağ-mədən işlərində təhlükəsizliyin təmin edilməsi istiqamətində fəaliyyətini davam etdirir.

Belə ki, Bakı şəhəri, Nərimanov rayonu, Mayakovski küçəsində yaşayan vətəndaş Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə müraciət edərək yaşadığı fərdi yaşayış evinə yaxın ərazidə “Luxe Home” MTK tərəfindən aparılan tikinti işləri zamanı krandan təhlükəli istifadə edildiyini bildirib.

Müraciət əsasında FHN Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-mədən Nəzarəti Dövlət Agentliyinin müfəttişləri tərəfindən əraziyə baxış keçirilib. Müəyyən edilib ki, həqiqətən də Bakı şəhəri, Nərimanov rayonu, Mayakovski küçəsində “Luxe Home” MTK tərəfindən aparılan tikinti işləri ilə əlaqədar kranın istismarı zamanı müvafiq təhlükəsizlik qaydalarının pozulmasına, o cümlədən kranın qolunun ətrafdakı evlərin üzəri ilə hərəkət etməsinə yol verilir ki, bu da insan həyatı və sağlamlığı, habelə ətrafdakı tikililər üçün real təhlükə yaradır.

Qeyd olunanlar nəzərə alınaraq, Agentiyin mütəxəssisləri tərəfindən qülləli kranın istismarı dayandırılıb və tikinti şirkətinin nümayəndəsinin iştirakı ilə kranın sökülərək ərazidən çıxarılması tələbi ilə müvafiq akt tərtib edilib.

Digər məlumatlar

FHN-in Aran Regional Mərkəzində “Gənc xilasedici və yanğınsöndürən” yarışlarının zona birinciliyi keçirilib

Fövqəladə Hallar Nazirliyinin Aran Regional Mərkəzinin əhatə etdiyi rayonların təhsil müəssisələri arasında “Gənc xilasedici və yanğınsöndürən” yarışlarının zona birinciliyi keçirilib. ...

Ardını oxu

FHN Mərdəkandakı internat məktəbində təlim keçirib

Fövqəladə Hallar Nazirliyinin İctimaiyyətlə əlaqə idarəsi və Dövlət Yanğından Mühafizə Xidmətinin təşkilatçılığı ilə Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində yerləşən Valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün 2 nömrəli ümumi orta internat məktəbində yanğın təhlükəsizliyinə dair təlim keçirilib. ...

Ardını oxu

FHN Mətbuat xidmətinin məlumatı

Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi üzərinə düşən vəzifələrinin icrası, o cümlədən əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir. ...

Ardını oxu