Geri

FHN-in karate komandasının idmançıları respublika çempionatında uğur qazanıblar

9 yanvar 2022-ci il tarixində Fövqəladə Hallar Nazirliyinin İdman-sağlamlıq klubunda Azərbaycan Karate Federasiyaları Assosiasiyasının və Milli Karate Federasiyasının təşkilatçılığı ilə böyüklər arasında karate üzrə 29-cu respublika çempionatı start götürüb.

Çempionatda 20-yə yaxın komandadan 150-yə yaxın idmançı mübarizə aparıb. Yarışda FHN-in İdman-sağlamlıq klubunun karate komandasının 14 idmançısı mübarizə apararaq yüksək nailiyyətlər əldə ediblər. Belə ki, kişilər arasında karate komandasının üzvü Tural Ələkbərli şəxsi kumite yarışlarında bütün rəqiblərinə qalib gələrək, fəxri kürsünün ən yüksək pilləsinə qalxıb və qızıl medalın sahibi olub. Komandanın digər üzvü Murad Hacızadə isə şəxsi kumite yarışlarında 3-cü yerə layiq görülüb.

Klubun xanım üzvləri də yarışlarda müvəffəqiyyətlə çıxış ediblər. Qadınlar arasında şəxsi kata yarışlarında Samirə Məmmədova gümüş, Samirə Babayeva isə bürünc medalın sahibi olub.

Bundan əlavə, FHN-in Mülki müdafiə qoşunlarının hərbi qulluqçuları da çempionatda uğurlu nəticələr göstəriblər. Belə ki, kişilər arasında şəxsi kata yarışlarında MMQ-nin “N” saylı hərbi hissəsinin hərbi qulluqçusu Roman Heydərov qızıl medala, Həsən Əliyev isə şəxsi kumite yarışlarında gümüş medala layiq görülüb.

Qalib və mükafatçılara Azərbaycan Karate Federasiyaları Assosiasiyasının və Milli Karate Federasiyasının medal və diplomları təqdim olunub.

 

 

 

 

 

Digər məlumatlar

Fövqəladə Hallar Nazirliyi tərəfindən daha bir qanunsuz tikili sökülüb (video, foto)

Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən səlahiyyətlərinə uyğun olaraq respublika ərazisində qanunsuz tikintilərlə bağlı müvafiq tədbirlərin həyata keçirilməsi davam etdirilir. ...

Ardını oxu

FHN Mətbuat xidmətinin məlumatı

Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi üzərinə düşən vəzifələrinin icrası, o cümlədən əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir. ...

Ardını oxu

FHN Mətbuat xidmətinin məlumatı (video)

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Şəmkir rayonu, 20 Yanvar küçəsində yerləşən mağazada yanğın baş verməsi barədə məlumat daxil olub. ...

Ardını oxu