Geri

FHN-in Akademiyasında 27 sentyabr - Anım Günü qeyd olunub

Fövqəladə Hallar Nazirliyinin Akademiyasında 27 sentyabr – Anım Günü ilə əlaqədar mərasim keçirilib.

Tədbirdə Akademiyanın rəhbərliyi, professor-müəllim heyəti və kursantlar iştirak edib.

Mərasim Dövlət himninin səsləndirilməsi ilə başlayıb və saat 12:00-da 44 günlük Vətən müharibəsində torpaqlarımızın bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Anım tədbirində çıxış edən Fövqəladə Hallar Nazirliyinin Akademiyasının rəisi general-mayor Baba Salayev qeyd edib ki, haqq və şərəf işimiz olan, Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda gedən 44 günlük müharibədə Müzəffər Ali Baş Komandanın müdrik rəhbərliyi ilə xalqımız misilsiz əzm və iradə nümayiş etdirdi və bir yumruq kimi birləşərək böyük zəfər əldə etdi.

B.Salayev bu tarixi uğura görə qəhrəman şəhidlərimizə, qazilərimizə və Müzəffər Ali Baş Komandan cənab Prezident İlham Əliyevə borclu olduğumuzu söyləyib. Qəhrəman şəhidlərimizin qanı bahasına başa gəlmiş bu qələbə ilə Azərbaycan xalqı daha bir şanlı qəhrəmanlıq salnaməsi yazaraq, özünün qalib xalq olduğunu bütün dünyaya sübut etdi.

Xalqımız mübariz oğul və qızlarının şücaətini hər zaman yüksək qiymətləndirir, bütün şəhidlərimizin ruhuna ehtiram göstərir, xatirəsini əziz tutur.

 

Digər məlumatlar

FHN Mətbuat xidmətinin məlumatı (video, foto)

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində partlayış təhlükəli əşyanın aşkar edilməsi barədə məlumat daxil olub....

Ardını oxu

FHN-in nümayəndəsi Beynəlxalq Mülki Müdafiə Təşkilatının İcraiyyə Şurasının 54-cü sessiyasında iştirak edib

26-27 oktyabr 2021-ci il tarixlərində İsveçrə Konfederasiyasının Cenevrə şəhərində Beynəlxalq Mülki Müdafiə Təşkilatının (BMMT) İcraiyyə Şurasının 54-cü sessiyası keçirilib. Sessiyada Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Beynəlxalq əlaqələr idarəsinin rəisi polkovnik Ərgüc Kələntərli iştirak edib....

Ardını oxu

FHN Mətbuat xidmətinin məlumatı

Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi üzərinə düşən vəzifələrinin icrası, o cümlədən əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir....

Ardını oxu