Geri

FHN Akademiyasının rəhbərliyi Ukraynada səfərdə olub

Fövqəladə Hallar Nazirliyi Akademiyasının rəisi general-mayor Baba Salayevin rəhbərlik etdiyi Akademiyanın nümayəndə heyəti 12-15 sentyabr 2021-ci il tarixlərində Ukraynanın Xarkov şəhərində işgüzar səfərdə olub.

Səfər çərçivəsində FHN Akademiyasının nümayəndə heyəti Ukraynanın Milli Mülki Müdafiə və Xarkov Milli Radioelektronika universitetlərində, Ukrayna Milli Texniki Univeristetinin “Xarkov Politexnik İnsitutu”nda bir sıra görüşlər keçirib, ali tədris ocaqlarının fəaliyyəti ilə tanış olub. Görüşlər zamanı elm, təhsil və mədəniyyət sahələrində əlaqələrin genişləndirilməsi, birgə tədqiqat layihələrinin həyata keçirilməsi kimi məsələlər müzakirə edilib, xüsusilə böhran psixologiyası ilə bağlı qarşılıqlı faydalı əməkdaşlıq imkanları barədə fikir mübadiləsi aparılıb.

FHN Akademiyasının rəisi general-mayor Baba Salayev Ukrayna Milli Mülki Müdafiə Universitetinin rektoru general-leytenant Vladimir Sadkovoy tərəfindən əməkdaşlıq çərçivəsində Universitetin 90 illik yubiley medalı ilə təltif edilib.

Digər məlumatlar

FHN Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi daha bir qanunsuz tikintinin qarşısını alıb (video, foto)

Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tikintidə təhlükəsizliyin təmin olunması istiqamətində üzərinə düşən vəzifələrin icrasını davam etdirir....

Ardını oxu

FHN Mətbuat xidmətinin məlumatı

Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi üzərinə düşən vəzifələrinin icrası, o cümlədən əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir....

Ardını oxu

Azərbaycan Respublikası Hökuməti ilə Qətər Dövləti Hökuməti arasında Birgə İqtisadi, Ticarət və Texniki Komissiyanın 3-cü iclası keçirilib

18 oktyabr 2021-ci il tarixində Fövqəladə Hallar Nazirliyində Azərbaycan Respublikası Hökuməti ilə Qətər Dövləti Hökuməti arasında Birgə İqtisadi, Ticarət və Texniki Komissiyanın 3-cü iclası keçirilib....

Ardını oxu