Geri

FHN Dövlət Yanğın Nəzarəti Xidməti təhsil müəssisələrində maarifləndirmə tədbirlərini davam etdirir

Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğın Nəzarəti Xidmətinin Sumqayıt regional Dövlət Yanğın Nəzarəti İdarəsi Sumqayıt şəhərində yerləşən bir sıra orta məktəblərdə, həmçinin Sumqayıt şəhər İnteqrasiya təlimli internat tipli gimnaziyada və Sumqayıt şəhər 10 saylı peşə liseyində yanğına qarşı maarifləndirmə tədbirləri keçirib.

Müəssisələrin rəhbər, müəllim və texniki işçilərinin iştirak etdikləri tədbirlərdə təhsil müəssisələrində yanğın təhlükəsizliyi qaydaları barədə ətraflı məlumat verilib, ilkin yanğınsöndürmə vasitələrinin iş üslübü, yanğına ilkin müdaxilənin xüsusiyyətləri və yanğın zamanı şagirdlərin təxliyyəsi barədə danışılıb, FHN-in “112” qaynar telefon xətti barədə geniş məlumat verilib. Cavabdeh şəxslərin diqqətinə çatdırılıb ki, ərazilər daim təmiz saxlanılmalı, bina və qurğular normativ sənədlərin tələblərinə uyğun olaraq ilkin yanğınsöndürmə vasitələri ilə təmin edilməlidir. Həmçinin, tədbirlərdə yanğın zamanı davranış qaydaları barədə kollektivin məlumatlı olmasının, o cümlədən yanğın təhlükəsizliyi qaydalarına aid yaddaş kitabçalarının tərtib olunaraq müvafiq yerlərdən asılmasının, yanğına qarşı su təchizatı qurğularının daim saz vəziyyətdə saxlanılmasının vacibliyi vurğulanıb.

Tədbirlərdə mövzu ilə bağlı iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

 

Digər məlumatlar

FHN Dövlət Yanğın Nəzarəti Xidməti qanunsuz çalışan ocaqxanaların fəaliyyətini dayandırıb (video, foto)

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti səlahiyyətlərinə uyğun olaraq, ölkədə yanğın təhlükəsizliyinin təmin edilməsi istiqamətində müvafiq tədbirlərin görülməsini davam etdirir. ...

Ardını oxu

FHN Mətbuat xidmətinin məlumatı

Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi üzərinə düşən vəzifələrinin icrası, o cümlədən əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir....

Ardını oxu

FHN Dövlət Yanğın Nəzarəti Xidməti maarifləndirmə tədbirlərini davam etdirir

Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğın Nəzarəti Xidmətinin 1-ci ərazi Dövlət Yanğın Nəzarəti İdarəsi Binəqədi rayon Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının 9 nömrəli bölməsində, 2-ci ərazi Dövlət Yanğın Nəzarəti İdarəsi M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasında......

Ardını oxu