Geri

Azərbaycan FHN-in qüvvələri Kəmərköy və Yeniköy istilik elektrik stansiyalarını mühafizəyə götürüb (video, foto)

Məlum olduğu kimi, Türkiyənin Muğla vilayətinin Milas rayonunda meşəlik ərazidə baş vermiş yanğın genişlənərək Kəmərköy istilik elektrik stansiyasında (İES) yanğına səbəb olub. Bununla əlaqədar Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Türkiyədə olan yanğın-xilasetmə qüvvələri yerli qüvvələrlə birlikdə İES-də baş verən yanğını bu gün səhər saatlarında söndürməyə müvəffəq olub. Bununla da yanğının yaxınlıqda yerləşən Yeniköy İstilik Elektrik Stansiyasına keçməsinin qarşısı alınıb.

Qeyd edək ki, hər iki istilik elektrik stansiyasının bölgənin elektrik enerjisi ilə təchizatında oynadığı strateji rolu nəzərə alınaraq, Kəmərköy və Yeniköy stansiyaları Azərbaycan FHN-in qüvvələri tərəfindən yanğından mühafizəyə götürülüb. Bununla əlaqədar FHN-in Türkiyədəki qüvvələrinə rəhbərlik edən nazir müavini general-leytenant Etibar Mirzəyev stansiyaların yanğına qarşı etibarlı mühafizəsinin təşkili məqsədilə yerli məsul vəzifəli şəxslərlə görüşərək göstərilən istiqamətdə fikir mübadiləsi aparıb, atılacaq qabaqlayıcı addımlar müzakirə olunub.

Xatırladaq ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına uyğun olaraq, Türkiyəyə göndərilmiş Azərbaycan Fövqəladə Hallar Nazirliyinin müvafiq qüvvələri hazırda qardaş ölkədə yanğınlarla uğurla mübarizə aparır.

 

Digər məlumatlar

Qusar rayonunda leysan nəticəsində köməksiz vəziyyətdə qalan vətəndaşlar xilas edilib (video, foto)

Yağan güclü leysan yağışları nəticəsində Qusar rayonunun Urva kəndi istiqamətində bir qrup vətəndaşın köməksiz vəziyyətdə qalması barədə Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə məlumat daxil olub....

Ardını oxu

FHN Akademiyasının rəhbərliyi Ukraynada səfərdə olub

Fövqəladə Hallar Nazirliyi Akademiyasının rəisi general-mayor Baba Salayevin rəhbərlik etdiyi Akademiyanın nümayəndə heyəti 12-15 sentyabr 2021-ci il tarixlərində Ukraynanın Xarkov şəhərində işgüzar səfərdə olub....

Ardını oxu

FHN Mətbuat xidmətinin məlumatı

Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi üzərinə düşən vəzifələrinin icrası, o cümlədən əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir....

Ardını oxu