Geri

Şəmkir və Tovuzda “Meşələrdə yanğın təhlükəsizliyi tədbirləri” mövzusunda tədbirlər keçirilib

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidmətinin Gəncə regional Dövlət Yanğın Nəzarəti İdarəsi Şəmkir meşəbəyliyinin 1 saylı meşə dolayında və Tovuz rayonu, Qalaboyun kəndinə yaxın meşə ərazisində “Meşələrdə yanğın təhlükəsizliyi tədbirləri” mövzusunda maarifləndirmə tədbirləri keçirib.

Şəmkir və Tovuz Regional Meşə Təsərrüfatı mərkəzlərinin əməkdaşlarının iştirak etdiyi tədbirlərdə yay mövsümündə ümumi yanğın təhlükəsizliyi tədbirlərindən danışılıb, kövşən sahələrin yandırılmaması, yolkənarı, meşəətrafı ərazilərdə şumlama yolu ilə yanğına qarşı zolaqların salınmasının vacibliyi vurğulanıb. Eyni zamanda, yanğınsöndürmə texnikalarının su ehtiyatının bərpası üçün təbii su hövzələrindən su götürməsinə şəraitin yaradılması və digər tələblər diqqətə çatdırılıb.

Digər məlumatlar

Qusar rayonunda leysan nəticəsində köməksiz vəziyyətdə qalan vətəndaşlar xilas edilib (video, foto)

Yağan güclü leysan yağışları nəticəsində Qusar rayonunun Urva kəndi istiqamətində bir qrup vətəndaşın köməksiz vəziyyətdə qalması barədə Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə məlumat daxil olub....

Ardını oxu

FHN Akademiyasının rəhbərliyi Ukraynada səfərdə olub

Fövqəladə Hallar Nazirliyi Akademiyasının rəisi general-mayor Baba Salayevin rəhbərlik etdiyi Akademiyanın nümayəndə heyəti 12-15 sentyabr 2021-ci il tarixlərində Ukraynanın Xarkov şəhərində işgüzar səfərdə olub....

Ardını oxu

FHN Mətbuat xidmətinin məlumatı

Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi üzərinə düşən vəzifələrinin icrası, o cümlədən əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir....

Ardını oxu