Geri

FHN-in Dövlət Yanğın Nəzarəti Xidmətinin təşəbbüsü ilə “Bakı Metropoliteni” QSC-də növbəti təlim keçirilib

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə və Dövlət Yanğın Nəzarəti xidmətləri “Bakı Metropoliteni” QSC-nin "Nizami” metro stansiyasında yanğın-taktiki təlim keçirib.

“Nizami” metro stansiyasında eskalatorun maşın zalında baş vermiş şərti yanğın hadisəsinin söndürülməsi təlim-məşqin əsas mövzusu olub. Belə ki, şərti yanğın hadisəsi barədə FHN-in “112” qaynar telefon xəttinə məlumat verilib və Metropoliten işçiləri tərəfindən ilkin yanğınsöndürmə vasitələri ilə yanğının söndürülməsinə başlanılıb. Daha sonra Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq bölmələri hadisə baş vermiş ünvana gələrək şərti yanğını qısa müddət ərzində söndürüblər.

Təlim başa çatdıqdan sonra FHN-in Dövlət Yanğın Nəzarəti Xidmətinin əməkdaşları tərəfindən Metropolitenin əməkdaşlarına baş verə biləcək fövqəladə hallar zamanı zəruri hərəkətlər barədə məlumat verilib, Metropoliten ərazisində yanğınların söndürülməsi və ilkin yanğınsöndürmə vasitələrindən istifadə qaydaları izah edilib.











Digər məlumatlar

FHN Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi qeyri-qanuni tikintinin qarşısını alıb (video, foto)

Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tikintidə təhlükəsizliyin təmin olunması istiqamətində üzərinə düşən vəzifələrin icrasını davam etdirir. ...

Ardını oxu

FHN Mətbuat xidmətinin məlumatı (video)

Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi üzərinə düşən vəzifələrinin icrası, o cümlədən əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir....

Ardını oxu

FHN-də mülki müdafiə planının hazırlanması üzrə Komissiyanın birinci iclası keçirilib

25 yanvar 2022-ci il tarixində Fövqəladə Hallar Nazirliyinin inzibati binasında Azərbaycan Respublikası Baş nazirinin müvafiq sərəncamı ilə yaradılmış Azərbaycan Respublikasının mülki müdafiə planının hazırlanması üzrə Komissiyanın birinci iclası keçirilib....

Ardını oxu