Geri

FHN Mətbuat xidmətinin məlumatı (video)

29 iyul 2021-ci il tarixində gecə saatlarında Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhəri, Nərimanov rayonu, İbrahim Paşa Dadaşov küçəsində yerləşən on mərtəbəli mansard tipli yaşayış binasında yanğın olması barədə məlumat daxil olub. Dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq texnika və xilasetmə qüvvələri yanğın baş verdiyi ünvana cəlb olunub. Yanğınsöndürənlərin operativ və peşəkar müdaxiləsi nəticəsində yanğın qısa zamanda söndürülüb və digər mənzillərə keçməsinin qarşısı alınıb. Vətəndaşların təhlükəsizliyinin təmin edilməsi məqsədilə sakinlər təxliyə olunub. Yanğın zamanı xəsarət alan olmayıb.

Yanğınla mübarizə məqsədilə xüsusi təyinatlı texnikaların binanın həyətinə girişdə avtomobillərin nizamsız park edilməsi səbəbindən rastlaşdığı çətinliyi nəzərə alaraq, Fövqəladə Hallar Nazirliyi bir daha əhaliyə müraciət edərək bina və yaşayış komplekslərinin həyətlərinə girişdə, habelə həyətlərdə avtomobilləri yalnız parklanma üçün nəzərdə tutulmuş yerlərdə nizamla park edilməsini xahiş edir.

Digər məlumatlar

FHN-in regional mərkəzlərində 27 sentyabr - Anım Günü ilə əlaqədar tədbirlər keçirilib

27 sentyabr - Anım Günü ilə əlaqədar Fövqəladə Hallar Nazirliyinin Şimal və Cənub Regional mərkəzlərində tədbirlər keçirilib....

Ardını oxu

FHN-in Akademiyasında 27 sentyabr - Anım Günü qeyd olunub

Fövqəladə Hallar Nazirliyinin Akademiyasında 27 sentyabr – Anım Günü ilə əlaqədar mərasim keçirilib. ...

Ardını oxu

FHN-in Aran Regional Mərkəzində mülki müdafiə mövzusuna dair müşavirə keçirilib

Fövqəladə Hallar Nazirliyinin Mülki müdafiə işinin təşkili Baş idarəsi və Aran Regional Mərkəzinin təşkilatçılığı ilə Mərkəzin xidməti ərazisinə daxil olan şəhər və rayon təhsil şöbələrinin mülki müdafiə məsələlərinə məsul olan metodistlərinin iştirakı ilə müşavirə keçirilib. ...

Ardını oxu