Geri

“Bakı Metropoliteni” QSC-də yanğın-taktiki təlim keçirilib

“Bakı Metropoliteni” QSC-nin "Elmlər Akademiyası" metro stansiyasında FHN-in Dövlət Yanğın Nəzarəti və Dövlət Yanğından Mühafizə xidmətləri Bakı Metropoliteni ilə razılaşdırılmış cədvəl əsasında yanğın-taktiki təlim keçirib.

"Elmlər Akademiyası" stansiyasının ikinci çıxışının maşın zalının maili enişində baş vermiş şərti yanğın hadisəsi və onun “söndürülməsi” yanğın-taktiki təlimin əsas mövzusu olub. Belə ki, şərti yanğın hadisəsi barədə səsucaldıcı vasitəsilə məlumat verilib və Metropoliten işçiləri tərəfindən ilkin yanğınsöndürmə vasitələri ilə yanğının söndürülməsinə başlanılıb, hadisə barədə FHN-in “112” qaynar telefon xəttinə “məlumat verilib”. Daha sonra Dövlət Yanğından Mühafizə Xidmətinin Yasamal rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri hadisə baş vermiş ünvana gələrək “yanğını” qısa müddət ərzində “söndürüblər”.

 

Digər məlumatlar

FHN-in Akademiyasında 27 sentyabr - Anım Günü qeyd olunub

Fövqəladə Hallar Nazirliyinin Akademiyasında 27 sentyabr – Anım Günü ilə əlaqədar mərasim keçirilib. ...

Ardını oxu

FHN-in Aran Regional Mərkəzində mülki müdafiə mövzusuna dair müşavirə keçirilib

Fövqəladə Hallar Nazirliyinin Mülki müdafiə işinin təşkili Baş idarəsi və Aran Regional Mərkəzinin təşkilatçılığı ilə Mərkəzin xidməti ərazisinə daxil olan şəhər və rayon təhsil şöbələrinin mülki müdafiə məsələlərinə məsul olan metodistlərinin iştirakı ilə müşavirə keçirilib. ...

Ardını oxu

FHN Mətbuat xidmətinin məlumatı (video, foto)

Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi üzərinə düşən vəzifələrinin icrası, o cümlədən əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir. ...

Ardını oxu