Geri

FHN Mətbuat xidmətinin məlumatı

Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi üzərinə düşən vəzifələrinin icrası, o cümlədən əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir.

Belə ki, Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında Nazirliyin aidiyyəti qurumları tərəfindən ötən sutka ərzində 89 yanğına çıxış və 6 halda köməksiz vəziyyətdə qalma faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib. Görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.

Ümumilikdə, ötən sutka ərzində 4-ü azyaşlı olmaqla 10 nəfər, o cümlədən dənizdə batma təhlükəsi ilə üzləşən 2 nəfər xilas olunub, 1 nəfər yanıq xəsarəti alıb, 1 nəfərin isə meyiti aşkar edilərək aidiyyəti üzrə təhvil verilib.

 

Digər məlumatlar

FHN Mətbuat xidmətinin məlumatı (video)

Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi üzərinə düşən vəzifələrinin icrası, o cümlədən əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir....

Ardını oxu

FHN Dövlət Yanğın Nəzarəti Xidməti təhsil müəssisələrində maarifləndirmə tədbirlərini davam etdirir

Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğın Nəzarəti Xidmətinin Sumqayıt regional Dövlət Yanğın Nəzarəti İdarəsi Sumqayıt şəhərində yerləşən bir sıra orta məktəblərdə, həmçinin Sumqayıt şəhər İnteqrasiya təlimli internat tipli gimnaziyada və Sumqayıt şəhər 10 saylı peşə liseyində yanğına qarşı maarifləndirmə tədbirləri keçirib. ...

Ardını oxu

Pambıq tədarükü zamanı yanğın təhlükəsizliyinin təmin olunmasına dair tədbirlər davam etdirilir

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidmətinin Muğan regional Dövlət Yanğın Nəzarəti İdarəsi Salyan rayonu ərazisində fəaliyyət göstərən “Azərpambıq ASK" və "P-Aqro" Məhdud Məsuliyyətli cəmiyyətlərinin pambıq qəbulu məntəqələrində yanğın təhlükəsizliyinin təmin olunmasına dair maarifləndirmə tədbirləri keçirib....

Ardını oxu