Geri

FHN işçilərinin Həmkarlar İttifaqı tərəfindən 26 iyun – Silahlı Qüvvələr günü münasibətilə Qarabağ Regional Mərkəzində görüş keçirilib

Fövqəladə Hallar Nazirliyi işçilərinin Həmkarlar İttifaqının sədri Mehman İsmayılov 26 iyun – Silahlı Qüvvələr günü münasibətilə Nazirliyin Qarabağ Regional Mərkəzinin şəxsi heyəti ilə görüş keçirib. 

Əvvəlcə, Azərbaycan Respublikasının Dövlət himni səsləndirilib, Vətən müharibəsi şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra tədbirdə çıxış edən FHN işçilərinin Həmkarlar İttifaqının sədri Mehman İsmayılov ümummilli lider Heydər Əliyevin 1993-cü ildə xalqın tələb və təkidi ilə yenidən hakimiyyətə qayıdışından sonra Azərbaycanda nizami ordu quruculuğu sahəsində həyata keçirdiyi tarixi işlərdən ətraflı bəhs edib. Natiq bildirib ki, Ulu Öndərin 22 may 1998-ci il tarixində imzaladığı Fərmanla 26 iyun-Azərbaycan Pespublikasının Silahlı Qüvvələr günü təsis edilib və hər il bu tarix rəsmi dövlət bayramı kimi qeyd olunur. İttifaq sədri qeyd edib ki, Ulu Öndərin mütərəqqi siyasi kursunun layiqli davamçısı cənab Prezident İlham Əliyevin müdrik rəhbərliyi altında həyata keçirilmiş tədbirlər sayəsində Azərbaycan Ordusu bu gün dünyanın ən qüdrətli ordularından biri hesab olunur. 44 günlük Vətən müharibəsində ordumuzun göstərdiyi misilsiz qəhrəmanlıq və şücaət bunun bariz sübutudur. Mehman İsmayılov 44 günlük Vətən müharibəsindən bəhs edərkən vurğulayıb ki, “Ali Baş Komandan, cənab Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusu canı-qanı bahasına Ermənistan ordusunun “məğlubedilməzliyi” barədə illərdir formalaşdırılmış mifi 44 günə dağıtdı, bütün qüvvələri Azərbaycan xalqının iradəsi ilə hesablaşmağa vadar etdi, Azərbaycanın ərazi bütövlüyü bərpa olundu.”

Natiq çıxışında vurğulayıb ki, Vətən müharibəsində FHN-in aidiyyəti qurumları ilə birlikdə Qarabağ Regional Mərkəzinin şəxsi heyəti də öz vəzifəsini layiqincə yerinə yetirib. Müharibə zamanı mənfur düşmənin mülki insanları hədəfə alması, dağıntılar törətməsi nəticəsində zərər görmüş mülki əhalinin təxliyəsi, dağıntılar altından xilas edilməsi, mülki infrastruktura dəymiş zərərin aradan qaldırılmasında vəzifə borcunu şərəflə yerinə yetirib.

Sonda FHN işçilərinin Həmkarlar İttifaqı tərəfindən Regional Mərkəzin bir qrup əməkdaşına fəxri fərman və hədiyyələr təqdim olunub.

 

Digər məlumatlar

FHN-in Akademiyasında 27 sentyabr - Anım Günü qeyd olunub

Fövqəladə Hallar Nazirliyinin Akademiyasında 27 sentyabr – Anım Günü ilə əlaqədar mərasim keçirilib. ...

Ardını oxu

FHN-in Aran Regional Mərkəzində mülki müdafiə mövzusuna dair müşavirə keçirilib

Fövqəladə Hallar Nazirliyinin Mülki müdafiə işinin təşkili Baş idarəsi və Aran Regional Mərkəzinin təşkilatçılığı ilə Mərkəzin xidməti ərazisinə daxil olan şəhər və rayon təhsil şöbələrinin mülki müdafiə məsələlərinə məsul olan metodistlərinin iştirakı ilə müşavirə keçirilib. ...

Ardını oxu

FHN Mətbuat xidmətinin məlumatı (video, foto)

Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi üzərinə düşən vəzifələrinin icrası, o cümlədən əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir. ...

Ardını oxu