Geri

FHN-in Dövlət Yanğından Mühafizə Xidməti yanğın-xilasetmə idmanı üzrə respublika birinciliyi keçirib

22-24 iyun 2021-ci il tarixlərində Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidməti (DYMX) Xidmətin Neftayırma Müəssisələri üzrə Yanğından Mühafizə Dəstəsinin idman bazasında yanğın-xilasetmə idmanı üzrə respublika birinciliyinin ilk mərhələsini keçirib.

Birincilik DYMX-nin şəxsi heyətinin peşə və fiziki hazırlıq səviyyəsinin yüksəldilməsi, eləcə də yanğın-xilasetmə idmanının daha da populyarlaşdırılması və gənclər arasında təbliği məqsədilə təşkil edilib.

Yanğınsöndürən və Xilasedicilərin Beynəlxalq İdman Federasiyası tərəfindən təsdiq olunmuş “Yanğın-xilasetmə idmanının Qaydaları”na uyğun olaraq keçirilən respublika birinciliyinin ilk mərhələsində 36 komanda (288 nəfər yanğınsöndürən) iştirak edib.

Komandalar yanğınların söndürülməsində tətbiq edilən müxtəlif döyüş hərəkətləri kompleksindən ibarət olan hücum nərdivanı ilə təlim qülləsinin 4-cü mərtəbəsinə qalxmaq, 100 metrlik maneəli zolağı dəf etmək və döyüş açılışını yerinə yetirməklə qüvvələrini sınayıblar.

Hücum nərdivanı ilə təlim qülləsinin 4-cü mərtəbəsinə qalxmaq üzrə yarışda Nəsimi rayon Yanğından Mühafizə Hissəsinin (YMH) komandası 1-ci yeri, Səbail rayon YMH-nin komandası 2-ci yeri, Xəzər rayon YMH-nin komandası isə 3-cü yeri tutub.

100 metrlik maneəli zolağın dəf edilməsi üzrə yarışda Səbail rayon YMH-nin komandası 1-ci yerə, Nəsimi rayon YMH-nin komandası 2-ci yerə, Xəzər rayon YMH-nin komandası isə 3-cü yerə layiq görülüb.

Döyüş açılışı üzrə mübarizədə Sabunçu rayon YMH-nin komandası 1-ci yeri, Səbail rayon YMH-nin komandası 2-ci yeri, Qaradağ rayon YMH-nin komandası isə 3-cü yeri tutub.

Ümumi komanda birinciliyində isə Səbail rayon YMH-nin komandası 1-ci yeri, Xəzər rayon YMH-nin komandası 2-ci yeri və Nəsimi rayon YMH-nin komandası 3-cü yeri tutub.

 

Digər məlumatlar

FHN-in Akademiyasında 27 sentyabr - Anım Günü qeyd olunub

Fövqəladə Hallar Nazirliyinin Akademiyasında 27 sentyabr – Anım Günü ilə əlaqədar mərasim keçirilib. ...

Ardını oxu

FHN-in Aran Regional Mərkəzində mülki müdafiə mövzusuna dair müşavirə keçirilib

Fövqəladə Hallar Nazirliyinin Mülki müdafiə işinin təşkili Baş idarəsi və Aran Regional Mərkəzinin təşkilatçılığı ilə Mərkəzin xidməti ərazisinə daxil olan şəhər və rayon təhsil şöbələrinin mülki müdafiə məsələlərinə məsul olan metodistlərinin iştirakı ilə müşavirə keçirilib. ...

Ardını oxu

FHN Mətbuat xidmətinin məlumatı (video, foto)

Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi üzərinə düşən vəzifələrinin icrası, o cümlədən əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir. ...

Ardını oxu