Geri

FHN Mətbuat xidmətinin məlumatı

19 iyun 2021-ci il tarixində Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Cəlilabad rayonunun Alaşar kəndi yaxınlığında mürəkkəb relyefə malik dağlıq və meşəlik ərazidə yanğın hadisəsinin baş verməsi barədə məlumat daxil olub.

Məlumat əsasında görülmüş operativ tədbirlər sayəsində yanğın geniş əraziyə yayılmasının qarşısı alınaraq qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində ümumilikdə dağlıq və meşəlik ərazidə 1 ha sahədə quru ot, kol-kos və qurumuş ağac budaqları yanıb.

Yanğın Fövqəladə Hallar Nazirliyi və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin müvafiq qüvvələri, habelə yerli sakinlər və polis əməkdaşlarının birgə səyi ilə söndürülüb.

Digər məlumatlar

FHN Dövlət Yanğın Nəzarəti Xidməti inzibati tədbirlərini davam etdirir (video)

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən Bakı şəhəri, Yasamal rayonu, Alatava 2 ünvanında yerləşən, avtomobil təmiri, texniki qulluğu və......

Ardını oxu

FHN Mətbuat xidmətinin məlumatı

Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi üzərinə düşən vəzifələrinin icrası, o cümlədən əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir....

Ardını oxu

FHN Mətbuat xidmətinin məlumatı

Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi üzərinə düşən vəzifələrinin icrası, o cümlədən əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir....

Ardını oxu