Geri

Nazir Kəmaləddin Heydərov Türkiyənin ölkəmizdə yeni təyin olunmuş səfiri Cahit Bağçı ilə görüşüb

18 iyun 2021-ci il tarixində Azərbaycan Respublikasının fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov Türkiyə Respublikasının Azərbaycanda yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Cahit Bağçı ilə görüşüb.

Nazir Kəmaləddin Heydərov səfir Cahit Bağçını səmimi salamlayaraq, ona Azərbaycandakı diplomatik fəaliyyətində uğurlar arzulayıb. Nazir fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması sahəsində iki qardaş ölkənin uyğun qurumları arasında qarşılıqlı əlaqələrin daim genişləndiyini bildirib. Ölkələrimiz arasındakı qardaşlıq və dostluq əlaqələrindən bəhs edən nazir Kəmaləddin Heydərov cari ilin iyunun 15-də Şuşada Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti cənab Rəcəb Tayyib Ərdoğan arasında imzalanmış “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi”nin əhəmiyyətindən danışıb.

Səfir Cahit Bağçı səmimi görüşə görə təşəkkürünü bildirərək, Azərbaycandakı diplomatik fəaliyyəti dövründə ölkələrimiz arasındakı qardaşlıq və qarşılıqlı dostluq münasibətləri çərçivəsində Azərbaycanın Fövqəladə Hallar Nazirliyi ilə Türkiyənin uyğun dövlət qurumları arasında mövcud sıx əməkdaşlıq münasibətlərinin daha da inkişaf etdirilməsi istiqamətində səylərini əsirgəməyəcəyini qeyd edib.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər də müzakirə edilib.

 

Digər məlumatlar

Gözlənilən hava şəraiti ilə əlaqədar FHN-in əhaliyə müraciəti

Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, iyulun 27-dən başlayaraq 29-dək ölkə ərazisində hava şəraitinin dəyişəcəyi, güclü külək əsəcəyi proqnozlaşdırılır. ...

Ardını oxu

FHN Mətbuat xidmətinin məlumatı

Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi üzərinə düşən vəzifələrinin icrası, o cümlədən əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir. ...

Ardını oxu

FHN-in Dövlət Yanğın Nəzarəti Xidməti maarifləndirmə tədbirlərini davam etdirir

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti mehmanxana və istirahət tipli obyektlərdə yanğın təhlükəsizliyi qaydalarının tələblərinin pozulmasının qarşısını almaq...

Ardını oxu