Geri

FHN işçilərinin Həmkarlar İttifaqı N saylı hərbi hissədə görüş keçirib

15 iyun - Milli Qurtuluş Günü münasibətilə Fövqəladə Hallar Nazirliyi işçilərinin Həmkarlar İttifaqı Fövqəladə Hallar Nazirliyinin Mülki müdafiə qoşunlarının Qubada yerləşən N saylı hərbi hissəsinin şəxsi heyəti ilə görüş keçirib.

Görüşdə çıxış edən FHN işçilərinin Həmkarlar İttifaqının sədri Mehman İsmayılov qeyd edib ki, 1993-cü il iyunun 15-i Azərbaycan tarixinə Milli Qurtuluş Günü kimi daxil olub. Məhz həmin gün Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev xalqın tələb və təkidi ilə xilaskar kimi yenidən hakimiyyətə qayıdaraq, qısa müddətdə gördüyü titanik fəaliyyəti nəticəsində ölkəmizin müstəqilliyi qorunub saxlanıldı, respublikada tüğyan edən ictimai-siyasi böhranı aradan qaldırıldı və gələcək parlaq inkişafın təməli qoyuldu.

M.İsmayılov deyib ki, Ulu Öndərin uzaqgörən siyasəti nəticəsində respublikamızda bütün sahələri əhatə edən inkişaf, beynəlxalq arenada qazanılan yüksək nailiyyətlər hazırda Ümummilli Liderin siyasi kursunun layiqli davamçısı Azərbaycan Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Vətən müharibəsi ilə bağlı ətraflı söhbət edən natiq bildirib ki, “Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin müdrik rəhbərliyi altında şanlı ordumuzun qəhrəmanlığı nəticəsində 44 günlük Vətən müharibəsi zamanı işğaldan azad olunmuş torpaqlarımızda hazırda böyük quruculuq-abadlıq prosesinə başlanılıb, erməni vandalları tərəfindən xarabalığa çevrilmiş yaşayış yerlərinin və maddi-mədəniyyət abidələrinin qısa zamanda ən müasir səviyyədə bərpa olunması istiqamətində mühüm işlər aparılır”.

Çıxışı zamanı M.İsmayılov Milli Qurtuluş Günündə - iyunun 15-də Şuşada Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti cənab Rəcəb Tayyib Ərdoğan arasında imzalanmış “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi”nin əhəmiyyətindən danışaraq, müttəfiqlik, qardaşlıq və dostluq bəyannaməsi olan bu sənədi ölkələrimiz arasında əlaqələrin ən yüksək səviyyədə davam və inkişaf etdirilməsinin bariz göstəricisi adlandırıb.

Digər məlumatlar

FHN Mətbuat xidmətinin məlumatı (video, foto)

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində partlayış təhlükəli əşyanın aşkar edilməsi barədə məlumat daxil olub....

Ardını oxu

FHN-in nümayəndəsi Beynəlxalq Mülki Müdafiə Təşkilatının İcraiyyə Şurasının 54-cü sessiyasında iştirak edib

26-27 oktyabr 2021-ci il tarixlərində İsveçrə Konfederasiyasının Cenevrə şəhərində Beynəlxalq Mülki Müdafiə Təşkilatının (BMMT) İcraiyyə Şurasının 54-cü sessiyası keçirilib. Sessiyada Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Beynəlxalq əlaqələr idarəsinin rəisi polkovnik Ərgüc Kələntərli iştirak edib....

Ardını oxu

FHN Mətbuat xidmətinin məlumatı

Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi üzərinə düşən vəzifələrinin icrası, o cümlədən əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir....

Ardını oxu