Geri

Fövqəladə Hallar Nazirliyinin Akademiyasında 15 iyun – Milli Qurtuluş Gününə həsr olunmuş elmi-praktik konfrans keçirilib

14 iyun 2021-ci il tarixində Fövqəladə Hallar Nazirliyinin Akademiyasında Milli Qurtuluş Günü münasibətilə “Heydər Əliyev və müstəqil Azərbaycan” mövzusunda elmi-praktik konfrans keçirilib.

Dövlət himninin səsləndirilməsi ilə başlanan tədbirdə çıxış edən Fövqəladə Hallar Nazirliyinin Akademiyasının rəisi general-mayor Baba Salayev Ulu Öndərin Azərbaycan dövləti və xalqı qarşısındakı əvəzsiz xidmətlərindən danışaraq bildirib ki, ölkəmizin çağdaş tarixi dahi siyasətçi, görkəmli dövlət xadimi Heydər Əliyevin adı və fəaliyyəti ilə bağlıdır. Natiq qeyd edib ki, “1991-ci ilin oktyabr ayında Azərbaycanın dövlət müstəqilliyi elan olunsa da faktiki olaraq respublikamız müstəqil siyasət yürüdə bilmirdi. Nəticədə, Azərbaycan dövləti az qala məhv olmaq təhlükəsi il üz-üzə qalmışdı. Məhz Ümummilli Liderin 15 iyun 1993-cü ildə Azərbaycanda xalqın təkidi ilə siyasi hakimiyyətə qaydışı bizi milli müstəqilliyimizi itirmək təhlükəsindən xilas etdi. Ölkə həyatının bütün sahələrində əhəmiyyətli dönüş yarandı və müstəqil dövlət quruculuğuna başlanıldı. İnkişaf etmiş müstəqil Azərbaycan Böyük Qurtuluşun bəhrəsidir”.

B.Salayev qeyd edib ki, Ulu Öndərin qurub-yaratdığı Azərbaycan hazırda Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında inkişaf edir, qarşıya qoyulmuş hədəflərə doğru inamla irəliləyir. Onun sözlərinə görə, Azərbaycanın ərazi bütövlüyünün təmin olunması üçün aparılmış 44 günlük tarixi Vətən müharibəsində əldə edilən möhtəşəm qələbə bunun sübutudur. “Azərbaycanın bugünkü dinamik iqtisadi inkişafı, hərbi qüdrəti, beynəlxalq nüfuzu onu deməyə əsas verir ki, respublikamız dünyanın qabaqcıl ölkələrindən birinə çevrilməkdədir”, – deyə natiq vurğulayıb.

Tədbirdə Akademiyanın Humanitar fənlər kafedrasının müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent Fizuli İbrahimzadə, Akademiyanın kursantları Kənan Əliyev, Mirdamət Cəfərov, Kamran Qayxiyev, Ramin Məmiyev və Təhməz Heydərov məruzələrlə çıxış ediblər.

Tədbirin sonunda 15 iyun – Milli Qurtuluş Gününə həsr olunan videoçarx nümayiş olunub.

 

Digər məlumatlar

FHN Mətbuat xidmətinin məlumatı (video, foto)

İyulun 28-i gecədən başlayaraq Bakı şəhərində güclü küləyin əsməsi bir sıra fəsadlara yol açıb. Bununla əlaqədar paytaxtda insan həyatı və sağlamlığı üçün yaranmış təhlükəli hallarla bağlı Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olmuş məlumatlar əsasında Nazirliyin müvafiq qəza-xilasetmə qüvvələri tərəfindən zəruri təhlükəsizlik tədbirləri görülüb......

Ardını oxu

FHN Mətbuat xidmətinin məlumatı

Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi üzərinə düşən vəzifələrinin icrası, o cümlədən əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir.  ...

Ardını oxu

FHN Mətbuat xidmətinin məlumatı

Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi üzərinə düşən vəzifələrinin icrası, o cümlədən əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir. ...

Ardını oxu