Geri

FHN-in karate komandasının idmançısı beynəlxalq turnirdə uğur qazanıb

4-6 iyun 2021-ci il tarixlərində Kipr Respublikasının Limasol şəhərində Dünya Karate Federasiyasının təşkilatçılığı ilə yeniyetmə və gənclər arasında “Karate 1 gənclər liqası” beynəlxalq turniri keçirilib.

Turnirdə 37 ölkədən 760-dən çox idmançı mübarizə aparıb. Yarışda FHN-in İdman-sağlamlıq klubunun karate komandasının 2 idmançısı, Nicat Kərimli və Nihad Kərimzadə iştirak edib. Komandanın üzvü Nicat Kərimli 61 kq çəki dərəcəsində komanda kumite yarışlarında rəqiblərinə qalib gələrək bürünc medalın sahibi olub.

İdmançıların ilk məşqçisi əməkdar məşqçi və 6-cı dan qara kəmər sahibi Akif Kərimov, hazırki şəxsi məşqçiləri isə əməkdar idman ustası, əməkdar məşqçi, ikiqat dünya çempionu, 8-ci dan qara kəmər sahibi, Fövqəladə Hallar Nazirliyinin İdman-sağlamlıq klubunun rəisi polkovnik Füzuli Musayevdir.

Fövqəladə Hallar Nazirliyinin İdman-sağlamlıq klubunun rəisi polkovnik Füzuli Musayev 14 iyun 2021-ci il tarixində beynəlxalq turnirdə iştirak etmiş idmançılarla görüşüb. Qalib idmançını təbrik edən Klub rəisi onlara gələcək yarışlarda uğurlar arzulayıb.

 

Digər məlumatlar

FHN Mətbuat xidmətinin məlumatı (video, foto)

İyulun 28-i gecədən başlayaraq Bakı şəhərində güclü küləyin əsməsi bir sıra fəsadlara yol açıb. Bununla əlaqədar paytaxtda insan həyatı və sağlamlığı üçün yaranmış təhlükəli hallarla bağlı Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olmuş məlumatlar əsasında Nazirliyin müvafiq qəza-xilasetmə qüvvələri tərəfindən zəruri təhlükəsizlik tədbirləri görülüb......

Ardını oxu

FHN Mətbuat xidmətinin məlumatı

Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi üzərinə düşən vəzifələrinin icrası, o cümlədən əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir.  ...

Ardını oxu

FHN Mətbuat xidmətinin məlumatı

Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi üzərinə düşən vəzifələrinin icrası, o cümlədən əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir. ...

Ardını oxu