Geri

FHN-in Akademiyası ilə Azərbaycan Tibb Universiteti arasında elm və təhsilə dair əməkdaşlıq müqaviləsi imzalanıb

6 may 2021-ci il tarixində Azərbaycan Tibb Universitetinin rektoru professor Gəray Gəraybəylinin  rəhbərlik etdiyi nümayəndə heyəti Fövqəladə Hallar Nazirliyinin Akademiyasında olub.

Qonaqları səmimi salamlayan Akademiyanın rəisi general-mayor Baba Salayev Azərbaycan Tibb Universitetinin nümayəndə heyəti ilə görüşdən məmnun olduğunu bildirib. Rəhbərlik etdiyi təhsil müəssisəsi haqqında ətraflı məlumat verən rəis B.Salayev diqqətə çatdırıb ki, elm və tədrisin yüksək səviyyədə aparılması üçün Akademiyada hərtərəfli şərait yaradılıb. Akademiyada iki ixtisas üzrə fəaliyyət göstərən dörd fakültə, altı kafedra, bakalavriat səviyyəsi üzrə əyani və qiyabi şöbələr, magistratura səviyyəsində təhsil təşkil olunub. Daha sonra general-mayor B.Salayev bu əməkdaşlığın hər iki təhsil müəssisəsi üçün uğurlu olacağını qeyd edib.

ATU-nun rektoru professor Gəray Gəraybəyli səmimi qonaqpərvərliyə görə minnətdarlığını bildirib, rəhbərlik etdiyi ali təhsil ocağı barədə ətraflı məlumat verib. İki ali təhsil müəssisəsi arasında əməkdaşlığa dair müqavilənin əhəmiyyətindən danışan rektor birgə təşkil olunacaq tədbirlərin və görüləcək işlərin hər iki təhsil ocağında təhsil və elmi fəaliyyət üçün faydalı olacağına əminlik ifadə edib.

Sonra qonaqlar Akademiyada fəaliyyət göstərən Heydər Əliyev Mərkəzi ilə və təhsil müəssisəsinin maddi-texniki bazası, tədris şəraiti ilə yaxından tanış olublar.

Daha sonra hər iki təhsil müəssisəsi arasında elm və təhsilə dair əməkdaşlıq müqaviləsi imzalanıb. Əməkdaşlığa dair sənəddə müvafiq sahələr üzrə elmi tədqiqat işlərinin aparılması istiqamətində birgə fəaliyyət, əməkdaşlıq çərçivəsində müxtəlif birgə layihələrin, elmi, tədris və metodiki nəşrlərin hazırlanması və digər əhəmiyyətli məsələlər nəzərdə tutulub.

Digər məlumatlar

FHN Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi daha bir qanun pozuntusunun qarşısını alıb (video, foto)

Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tikintidə təhlükəsizliyin təmin olunması istiqamətində üzərinə düşən vəzifələrin icrasını davam etdirir. ...

Ardını oxu

FHN Mətbuat xidmətinin məlumatı

19 iyun 2021-ci il tarixində Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Cəlilabad rayonunun Alaşar kəndi yaxınlığında mürəkkəb relyefə malik dağlıq və meşəlik ərazidə yanğın hadisəsinin baş verməsi barədə məlumat daxil olub......

Ardını oxu

Fövqəladə Hallar Nazirliyinin Akademiyasında təlim-məşq keçirilib (video, foto)

18 iyun 2021-ci il tarixində Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Akademiyasında “Fövqəladə hal zonasında qəza-xilasetmə və digər təxirəsalınmaz işlərin təşkili” mövzusunda təlim-məşq keçirilib....

Ardını oxu