Geri

FHN müharibə nəticəsində psixoloji problemlər yaşayan vətəndaşlarımıza psixoloji yardım işini davam etdirir (video, foto)

44 günlük Vətən müharibəsi dövründə ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin müdrik rəhbərliyi altında rəşadətli Azərbaycan Ordusu işğalçı düşmən qüvvələrini məğlub edərək ərazi bütövlüyümüzü bərpa etdi. Birinci Qarabağ müharibəsində olduğu kimi, İkinci Qarabağ müharibəsi ilə əlaqədar şəhid ailələri, qazilər, müharibədən fiziki-mənəvi əziyyət çəkən insanlar dövlətimizin diqqətindən kənarda qalmadı. Hər zaman ölkə başçısının qayğısı ilə əhatə olunan bu kateqoriyadan olan insanların sosial problemlərinin həlli, zəruri tibbi, o cümlədən psixoloji yardım təminatı daim diqqət mərkəzində saxlanıldı və bu proses bu gün də davam edir.

Bu çərçivədə, Fövqəladə Hallar Nazirliyi tərəfindən Türkiyədən dəvət olunmuş peşəkar klinik-psixoloq və psixoterapevtlər FHN-in mütəxəssisləri ilə birlikdə Vətən müharibəsi nəticəsində mənəvi-psixoloji problemlər yaşayan vətəndaşlarımızın, o cümlədən uşaq və yeniyetmələrin psixoloji reabilitasiyasını davam etdirirlər. Belə ki, ötən müddət ərzində ümumilikdə 1700 nəfərə yaxın Vətən müharibəsi iştirakçısı, qazi, şəhid ailəsi üzvü və erməni terrorundan zərər görmüş digər şəxslərə, o cümlədən 140-a yaxın uşaq və yeniyetməyə 3600-dən artıq seans psixoloji yardım göstərilib.

Hazırda psixoloji yardım işi Bakı şəhəri və şimal-qərb bölgəsini əhatə etməklə Qəbələ şəhərində davam etdirilir. Bundan əvvəl Gəncə, Bərdə və Lənkəran şəhərlərində də FHN tərəfindən psixoloji yardım xidməti həyata keçirilib.

Xatırladaq ki, ödənişsiz həyata keçirilən seanslarda iştirak etmək üçün FHN-in “112” qaynar telefon xətti ilə əlaqə saxlamaq lazımdır.


Digər məlumatlar

FHN Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi daha bir qanun pozuntusunun qarşısını alıb (video, foto)

Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tikintidə təhlükəsizliyin təmin olunması istiqamətində üzərinə düşən vəzifələrin icrasını davam etdirir. ...

Ardını oxu

FHN Mətbuat xidmətinin məlumatı

19 iyun 2021-ci il tarixində Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Cəlilabad rayonunun Alaşar kəndi yaxınlığında mürəkkəb relyefə malik dağlıq və meşəlik ərazidə yanğın hadisəsinin baş verməsi barədə məlumat daxil olub......

Ardını oxu

Fövqəladə Hallar Nazirliyinin Akademiyasında təlim-məşq keçirilib (video, foto)

18 iyun 2021-ci il tarixində Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Akademiyasında “Fövqəladə hal zonasında qəza-xilasetmə və digər təxirəsalınmaz işlərin təşkili” mövzusunda təlim-məşq keçirilib....

Ardını oxu