Geri

FHN-in Dövlət Yanğın Nəzarəti Xidməti dənli və texniki bitkilərin tədarükü ilə bağlı yanğın təhlükəsizliyini diqqət mərkəzində saxlayır

FHN-nin Dövlət Yanğın Nəzarəti Xidmətinin Cənub regional Dövlət Yanğın Nəzarəti İdarəsi “Aqroservis” ASC-nin Cəlilabad regional nümayəndəliyinin Lənkəran-Lerik-Astara rayon bölməsində yanğın təhlükəsizliyi qaydaları ilə bağlı maarifləndirmə tədbiri keçirib. Tədbir dənli və texniki bitkilərin yığılması, daşınması, saxlanması və emalı dövründə yanğın hadisələrinin qarşısının alınması məqsədilə təşkil edilib.

“Dənli və texniki bitkilərin yanğın təhlükəsizliyi" mövzusunda keçirilən tədbirlərdə taxıl yığımına və ot tədarükünə hazırlıq, dənli və texniki bitkilərin yığılması, daşınması və saxlanması dövründə yanğın təhlükəsizliyi ilə əlaqədar qarşıda duran vəzifələr müzakirə olunub, izahedici stendlər nümayiş etdirilib. Tədbirdə ilkin yanğınsöndürmə vasitələrindən istifadə qaydaları da əyani nümayiş etdirilib.

Tədbirin sonunda toplantıda iştirak edən əməkdaşlara “Dənli və texniki bitkilərin yanğın təhlükəsizliyi” mövzusunda hazırlanmış yaddaş vərəqələri paylanılıb.

Digər məlumatlar

FHN-in Akademiyasında 27 sentyabr - Anım Günü qeyd olunub

Fövqəladə Hallar Nazirliyinin Akademiyasında 27 sentyabr – Anım Günü ilə əlaqədar mərasim keçirilib. ...

Ardını oxu

FHN-in Aran Regional Mərkəzində mülki müdafiə mövzusuna dair müşavirə keçirilib

Fövqəladə Hallar Nazirliyinin Mülki müdafiə işinin təşkili Baş idarəsi və Aran Regional Mərkəzinin təşkilatçılığı ilə Mərkəzin xidməti ərazisinə daxil olan şəhər və rayon təhsil şöbələrinin mülki müdafiə məsələlərinə məsul olan metodistlərinin iştirakı ilə müşavirə keçirilib. ...

Ardını oxu

FHN Mətbuat xidmətinin məlumatı (video, foto)

Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi üzərinə düşən vəzifələrinin icrası, o cümlədən əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir. ...

Ardını oxu