Geri

FHN müharibə nəticəsində psixoloji problemlər yaşayan vətəndaşlarımıza psixoloji yardım işini davam etdirir (video, foto)

Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin müdrik rəhbərliyi altında rəşadətli Azərbaycan Ordusu 44 gün davam etmiş Vətən müharibəsi nəticəsində işğalçı düşməni torpaqlarımızdan qovaraq ərazi bütövlüyümüzü bərpa etdi. Həm Birinci Qarabağ müharibəsi, həm də İkinci Qarabağ müharibəsi ilə əlaqədar şəhid ailələri, qazilər, müharibədən fiziki-mənəvi əziyyət çəkən insanlar daim dövlətimizin diqqət mərkəzindədir. Hər zaman ölkə başçısının qayğısı ilə əhatə olunan bu kateqoriyadan olan insanların sosial problemlərinin həlli, zəruri tibbi, o cümlədən psixoloji yardım təminatı yüksək səviyyədə həyata keçirilir.

Bu çərçivədə, Fövqəladə Hallar Nazirliyi tərəfindən Türkiyədən dəvət olunmuş peşəkar klinik-psixoloq və psixoterapevtlər FHN-in mütəxəssisləri ilə birlikdə Vətən müharibəsi nəticəsində mənəvi-psixoloji problemlər yaşayan vətəndaşlarımızın, o cümlədən uşaq və yeniyetmələrin psixoloji reabilitasiyasını davam etdirirlər. Belə ki, ötən müddət ərzində ümumilikdə 1750 nəfərə yaxın Vətən müharibəsi iştirakçısı, qazi, şəhid ailəsi üzvü və erməni terrorundan zərər görmüş digər şəxslərə, o cümlədən 150-yə yaxın uşaq və yeniyetməyə 3750-yə yaxın seans psixoloji yardım göstərilib.

Hazırda psixoloji yardım işi Bakı şəhərində davam etdirilir. Bundan əvvəl Gəncə, Bərdə, Lənkəran və Qəbələ şəhərlərində də FHN tərəfindən psixoloji yardım xidməti həyata keçirilib.

Xatırladaq ki, ödənişsiz həyata keçirilən seanslarda iştirak etmək üçün FHN-in “112” qaynar telefon xətti ilə əlaqə saxlamaq lazımdır.

 

Digər məlumatlar

FHN Dövlət Yanğın Nəzarəti Xidməti təhsil müəssisələrində maarifləndirmə tədbirlərini davam etdirir

Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğın Nəzarəti Xidmətinin Sumqayıt regional Dövlət Yanğın Nəzarəti İdarəsi Sumqayıt şəhərində yerləşən bir sıra orta məktəblərdə, həmçinin Sumqayıt şəhər İnteqrasiya təlimli internat tipli gimnaziyada və Sumqayıt şəhər 10 saylı peşə liseyində yanğına qarşı maarifləndirmə tədbirləri keçirib. ...

Ardını oxu

Pambıq tədarükü zamanı yanğın təhlükəsizliyinin təmin olunmasına dair tədbirlər davam etdirilir

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidmətinin Muğan regional Dövlət Yanğın Nəzarəti İdarəsi Salyan rayonu ərazisində fəaliyyət göstərən “Azərpambıq ASK" və "P-Aqro" Məhdud Məsuliyyətli cəmiyyətlərinin pambıq qəbulu məntəqələrində yanğın təhlükəsizliyinin təmin olunmasına dair maarifləndirmə tədbirləri keçirib....

Ardını oxu

Gözlənilən hava şəraiti ilə əlaqədar Fövqəladə Hallar Nazirliyinin əhaliyə müraciəti

Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, sentyabrın 16-sı axşamdan başlayaraq 18-i gündüzədək ölkə ərazisində hava şəraitinin dəyişəcəyi, güclü külək əsəcəyi, müəyyən yerlərdə leysan xarakterli intensiv yağış yağacağı və şimşək çaxacağı, bəzi dağ çaylarından qısamüddətli sel keçəcəyi proqnozlaşdırılır....

Ardını oxu