Geri

FHN Dövlət Yanğın Nəzarəti Xidməti dənli və texniki bitkilərin tədarükü ilə bağlı yanğın təhlükəsizliyini diqqət mərkəzində saxlayır

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti “Aqroservis” ASC-nin Şəmkir rayon filialında çalışan işçi heyətinə yanğın təhlükəsizliyi qaydaları ilə bağlı maarifləndirmə tədbiri keçirib. Tədbirlər dənli və texniki bitkilərin yığılması, daşınması, saxlanması və emalı dövründə yanğın hadisələrinin qarşısının alınması məqsədilə təşkil edilib.

“Dənli və texniki bitkilərin yanğın təhlükəsizliyi" mövzusunda keçirilən tədbirlərdə taxıl yığımına və ot tədarükünə hazırlıq, dənli və texniki bitkilərin yığılması, daşınması və saxlanması dövründə yanğın təhlükəsizliyi ilə əlaqədar qarşıda duran vəzifələr müzakirə olunub, ilkin yanğınsöndürmə vasitələrindən istifadə qaydaları əyani nümayiş etdirilib.

Digər məlumatlar

FHN Dövlət Yanğın Nəzarəti Xidməti təhsil müəssisələrində maarifləndirmə tədbirlərini davam etdirir

Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğın Nəzarəti Xidmətinin Sumqayıt regional Dövlət Yanğın Nəzarəti İdarəsi Sumqayıt şəhərində yerləşən bir sıra orta məktəblərdə, həmçinin Sumqayıt şəhər İnteqrasiya təlimli internat tipli gimnaziyada və Sumqayıt şəhər 10 saylı peşə liseyində yanğına qarşı maarifləndirmə tədbirləri keçirib. ...

Ardını oxu

Pambıq tədarükü zamanı yanğın təhlükəsizliyinin təmin olunmasına dair tədbirlər davam etdirilir

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidmətinin Muğan regional Dövlət Yanğın Nəzarəti İdarəsi Salyan rayonu ərazisində fəaliyyət göstərən “Azərpambıq ASK" və "P-Aqro" Məhdud Məsuliyyətli cəmiyyətlərinin pambıq qəbulu məntəqələrində yanğın təhlükəsizliyinin təmin olunmasına dair maarifləndirmə tədbirləri keçirib....

Ardını oxu

Gözlənilən hava şəraiti ilə əlaqədar Fövqəladə Hallar Nazirliyinin əhaliyə müraciəti

Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, sentyabrın 16-sı axşamdan başlayaraq 18-i gündüzədək ölkə ərazisində hava şəraitinin dəyişəcəyi, güclü külək əsəcəyi, müəyyən yerlərdə leysan xarakterli intensiv yağış yağacağı və şimşək çaxacağı, bəzi dağ çaylarından qısamüddətli sel keçəcəyi proqnozlaşdırılır....

Ardını oxu