Geri

FHN-in Dövlət Yanğın Nəzarəti Xidməti Şuşa şəhərində maarifləndirmə tədbiri keçirib

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidmətinin Qarabağ regional Dövlət Yanğın Nəzarəti İdarəsi 8 aprel 2021-ci il tarixində Şuşa şəhərində yerləşən otel binasında yenidənqurma işləri aparan müəssisənin əməkdaşları üçün yanğın təhlüksəziliyinə dair maarifləndirmə tədbiri keçirib.

Tədbirdə yanğın təhlükəsizliyi qaydaları, o cümlədən tikinti-quraşdırma, xüsusilə qaynaq və metalkəsmə işləri görülən zaman zəruri olan müvafiq təhlükəsizlik tədbirləri barədə məlumat verilib, suallar cavablandırılıb. Həmçinin, iştirakçılara ilkin yanğınsöndürmə vasitələrindən istifadə qaydaları əyani nümayiş etdirilib, yanğın təhlükəsizliyi qaydalarına əməl olunmasının daim diqqətdə saxlanılmasının vacibliyi məsul şəxslərin nəzərinə çatdırılıb.

Digər məlumatlar

FHN Mətbuat xidmətinin məlumatı (video, foto)

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində partlayış təhlükəli əşyanın aşkar edilməsi barədə məlumat daxil olub....

Ardını oxu

FHN-in nümayəndəsi Beynəlxalq Mülki Müdafiə Təşkilatının İcraiyyə Şurasının 54-cü sessiyasında iştirak edib

26-27 oktyabr 2021-ci il tarixlərində İsveçrə Konfederasiyasının Cenevrə şəhərində Beynəlxalq Mülki Müdafiə Təşkilatının (BMMT) İcraiyyə Şurasının 54-cü sessiyası keçirilib. Sessiyada Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Beynəlxalq əlaqələr idarəsinin rəisi polkovnik Ərgüc Kələntərli iştirak edib....

Ardını oxu

FHN Mətbuat xidmətinin məlumatı

Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi üzərinə düşən vəzifələrinin icrası, o cümlədən əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir....

Ardını oxu