Geri

FHN Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi qanun pozuntularının qarşısını alıb (video, foto)

Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tikintidə təhlükəsizliyin təmin olunması istiqamətində üzərinə düşən vəzifələrin icrasını davam etdirir.
Agentliyin mütəxəssisləri tərəfindən Bakı şəhəri, Nərimanov rayonu, Kaveroçkin küçəsi, 27 ünvanında vətəndaşa məxsus üçmərtəbəli, mansardalı fərdi yaşayış binasının inşası zamanı tikintidə təhlükəsizlik qaydalarının pozulması faktı müəyyən edilib. Belə ki, həmin ünvanda fərdi yaşayış binasının tikintisi üçün məlumatlandırma çərçivəsində Bakı şəhəri Nərimanov Rayon İcra Hakimiyyəti tərəfindən icazə verilməsi və eskiz layihəsi icra hakimiyyəti ilə razılaşdırılmasına baxmayaraq, tikinti zamanı vətəndaş tərəfindən layihədən kənara çıxılaraq 3 mərtəbə və mansarda əvəzinə 4-cü mərtəbənin inşa edildiyi, 5-ci mərtəbədə isə tikinti-quraşdırma işlərinə başlanıldığı aşkar edilib.
Qanunvericiliyin tələbləri kobud şəkildə pozulduğu üçün Agentlik tərəfindən zəruri tədbirlərin dərhal görülməsi tələb olunaraq obyektdə tikinti işləri dayandırılıb və obyekt nəzarətə götürülüb.
Bundan əlavə, FHN Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin əməkdaşları tərəfindən Bakı şəhəri, Yasamal rayonu, Məmməd Rahim küçəsi, məhəllə 534, ev 2 ünvanında yerləşən beşmərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində vətəndaşa məxsus qeyri-yaşayış sahəsinin xarici divarlarının sökülməklə binanın memarlıq görünüşünə qanunsuz dəyişiklik edilməsi faktı müəyyən edilib.
Dövlət Şəhərsalma və Arxitektura Komitəsi və Yasamal Rayon İcra Hakimiyyəti ilə görülmüş birgə tədbirlər nəticəsində sökülmüş divar bərpa edilib.















Digər məlumatlar

Gözlənilən hava şəraiti ilə əlaqədar Fövqəladə Hallar Nazirliyinin əhaliyə müraciəti

Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, sentyabrın 16-sı axşamdan başlayaraq 18-i gündüzədək ölkə ərazisində hava şəraitinin dəyişəcəyi, güclü külək əsəcəyi, müəyyən yerlərdə leysan xarakterli intensiv yağış yağacağı və şimşək çaxacağı, bəzi dağ çaylarından qısamüddətli sel keçəcəyi proqnozlaşdırılır....

Ardını oxu

FHN Mətbuat xidmətinin məlumatı

Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi üzərinə düşən vəzifələrinin icrası, o cümlədən əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir....

Ardını oxu

Fövqəladə Hallar Nazirliyinin əhaliyə müraciəti (video)

Mütəmadi olaraq Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə azyaşlıların mənzillərdə bağlı qapı arxasında, liftdə və s. məkanlarda köməksiz və ya təhlükəli vəziyyətdə qalmaları barədə məlumatlar daxil olur....

Ardını oxu