Geri

FHN-in Dövlət Yanğın Nəzarəti Xidməti tibb müəssisələrində yanğın təhlükəsizliyi ilə bağlı vəziyyəti qiymətləndirib (video, foto)

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən respublika ərazisində fəaliyyət göstərən bir sıra tibb müəssisələrində nəzarət tədbirləri həyata keçirilib.
Tədbirlərin keçirilməsində məqsəd müəssisələrdə yanğın təhlükəsizliyi ilə bağlı çatışmazlıqların vaxtında müəyyən edilərək aradan qaldırılması, o cümlədən xüsusilə gecə saatlarında təxliyə çıxışı və yolları ilə maneəsiz hərəkətin mümkünlüyünün, ilkin yanğınsöndürmə vasitələrinin, əsasən odsöndürənlərin, daxili yanğın kranlarının, stasionar yanğın nasoslarının texniki vəziyyətinin qiymətləndirilməsi, yanğın zamanı insanların həyat və sağlamlıqlarının qorunması üçün müəssisə əməkdaşlarının üzərinə düşən vəzifələrlə bağlı bilik səviyyəsinin təkmilləşdirilməsi olub.
Tədbirlər zamanı aşkar olunmuş çatışmazlıqlar yanğın təhlükəsizliyinə dair cavabdeh şəxslərin, həmçinin müəssisə rəhbərlərinin diqqətinə çatdırılıb, bir sıra nöqsanların dərhal aradan qaldırılması təmin edilib. Eyni zamanda, maarifləndirici söhbətlər aparılaraq texniki və tibbi heyətin yanğın təhlükəsizliyi sahəsində hüquq və vəzifələri izah olunub, qanunvericiliklə nəzərdə tutulmuş digər tədbirlər görülüb.
FHN-in Dövlət Yanğın Nəzarəti Xidməti yanğın təhlükəsizliyinin daha etibarlı təmin edilməsi üçün zəruri tədbirləri davam etdirir.

Digər məlumatlar

Fövqəladə Hallar Nazirliyi tərəfindən daha bir qanunsuz tikili sökülüb (video, foto)

Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən səlahiyyətlərinə uyğun olaraq respublika ərazisində qanunsuz tikintilərlə bağlı müvafiq tədbirlərin həyata keçirilməsi davam etdirilir. ...

Ardını oxu

FHN Mətbuat xidmətinin məlumatı

Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi üzərinə düşən vəzifələrinin icrası, o cümlədən əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir. ...

Ardını oxu

FHN Mətbuat xidmətinin məlumatı (video)

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Şəmkir rayonu, 20 Yanvar küçəsində yerləşən mağazada yanğın baş verməsi barədə məlumat daxil olub. ...

Ardını oxu