Geri

FHN-in Dövlət Yanğın Nəzarəti Xidməti tibb müəssisələrində yanğın təhlükəsizliyi ilə bağlı vəziyyəti qiymətləndirib (video, foto)

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən respublika ərazisində fəaliyyət göstərən bir sıra tibb müəssisələrində nəzarət tədbirləri həyata keçirilib.
Tədbirlərin keçirilməsində məqsəd müəssisələrdə yanğın təhlükəsizliyi ilə bağlı çatışmazlıqların vaxtında müəyyən edilərək aradan qaldırılması, o cümlədən xüsusilə gecə saatlarında təxliyə çıxışı və yolları ilə maneəsiz hərəkətin mümkünlüyünün, ilkin yanğınsöndürmə vasitələrinin, əsasən odsöndürənlərin, daxili yanğın kranlarının, stasionar yanğın nasoslarının texniki vəziyyətinin qiymətləndirilməsi, yanğın zamanı insanların həyat və sağlamlıqlarının qorunması üçün müəssisə əməkdaşlarının üzərinə düşən vəzifələrlə bağlı bilik səviyyəsinin təkmilləşdirilməsi olub.
Tədbirlər zamanı aşkar olunmuş çatışmazlıqlar yanğın təhlükəsizliyinə dair cavabdeh şəxslərin, həmçinin müəssisə rəhbərlərinin diqqətinə çatdırılıb, bir sıra nöqsanların dərhal aradan qaldırılması təmin edilib. Eyni zamanda, maarifləndirici söhbətlər aparılaraq texniki və tibbi heyətin yanğın təhlükəsizliyi sahəsində hüquq və vəzifələri izah olunub, qanunvericiliklə nəzərdə tutulmuş digər tədbirlər görülüb.
FHN-in Dövlət Yanğın Nəzarəti Xidməti yanğın təhlükəsizliyinin daha etibarlı təmin edilməsi üçün zəruri tədbirləri davam etdirir.

Digər məlumatlar

FHN Mətbuat xidmətinin məlumatı (video)

Xəbər verildiyi kimi, bu gün səhər saatlarından başlayaraq ölkə ərazisində hava şəraiti kəskin dəyişib, güclü külək respublikanın ayrı-ayrı bölgələrində intensiv yağıntılarla müşayiət olunub....

Ardını oxu

FHN Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi daha bir qanun pozuntusunun qarşısını alıb (video, foto)

Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tikintidə təhlükəsizliyin təmin olunması istiqamətində üzərinə düşən vəzifələrin icrasını davam etdirir. ...

Ardını oxu

Bağça uşaqlarının Nərimanov rayon Dövlət Yanğından Mühafizə hissəsinə ekskursiyası təşkil olunub

4 may 2021-ci il tarixində Bakı şəhəri, Nərimanov rayonu ərazisində yerləşən akademik Zərifə Əliyeva adına uşaq bağçasının uşaqları üçün FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Nərimanov rayon Dövlət Yanğından Mühafizə hissəsinə ekskursiya təşkil olunub. ...

Ardını oxu