Geri

Müharibədən və erməni terrorundan fiziki-mənəvi zərər görmüş vətəndaşlarımızın psixoloji reabilitasiyası cənub və şimal-qərb bölgələrində davam etdiriləcək (video)

Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin müdrik rəhbərliyi altında rəşadətli Azərbaycan Ordusu 44 gün ərzində işğalçı düşməni torpaqlarımızdan qovdu və ərazi bütövlüyümüzü bərpa etdi. Həm Birinci Qarabağ müharibəsi, həm də İkinci Qarabağ müharibəsi ilə əlaqədar şəhid ailələri, qazilər, müharibədən fiziki-mənəvi əziyyət çəkən insanlar hər zaman ölkə başçısının diqqət və qayğısı ilə əhatə olunublar. Bu kateqoriyadan olan insanların sosial problemlərinin həlli, zəruri tibbi, o cümlədən psixoloji yardım təminatı daim diqqət mərkəzində saxlanılır.

Bu çərçivədə, xəbər verildiyi kimi, Fövqəladə Hallar Nazirliyinin dəvəti ilə Türkiyədən gəlmiş peşəkar klinik-psixoloq və psixoterapevtlər FHN-in mütəxəssisləri ilə birlikdə Vətən müharibəsi nəticəsində mənəvi-psixoloji problemlər yaşayan vətəndaşlarımızın, o cümlədən uşaq və yeniyetmələrin psixoloji reabilitasiyasını davam etdirirlər. Bildiririk ki, Bakı şəhəri ilə yanaşı, aprel ayının 5-dən etibarən cənub bölgəsini əhatə etməklə Lənkəran şəhərində, aprelin 12-dən etibarən isə şimal-qərb bölgəsini əhatə etməklə Qəbələ şəhərində türkiyəli psixoloq mütəxəssislərin iştirakı ilə müharibədən və erməni terrorundan fiziki və mənəvi zərər görmüş vətəndaşlarımızın psixoloji reabilitasiyası işinə başlanılacaq. Ödənişsiz həyata keçirilən seanslarda iştirak etmək üçün FHN-in “112” qaynar telefon xətti ilə əlaqə saxlamaq lazımdır.

Xatırladaq ki, bundan əvvəl Gəncə və Bərdə şəhərlərində də psixoloji yardımlar təşkil olunub.

Digər məlumatlar

Fövqəladə Hallar Nazirliyi tərəfindən daha bir qanunsuz tikili sökülüb (video, foto)

Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən səlahiyyətlərinə uyğun olaraq respublika ərazisində qanunsuz tikintilərlə bağlı müvafiq tədbirlərin həyata keçirilməsi davam etdirilir. ...

Ardını oxu

FHN Mətbuat xidmətinin məlumatı

Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi üzərinə düşən vəzifələrinin icrası, o cümlədən əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir. ...

Ardını oxu

FHN Mətbuat xidmətinin məlumatı (video)

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Şəmkir rayonu, 20 Yanvar küçəsində yerləşən mağazada yanğın baş verməsi barədə məlumat daxil olub. ...

Ardını oxu