Geri

FHN-in Dövlət Yanğından Mühafizə Xidməti yanğın-taktiki təlim keçirib

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidməti (DYMX) SOCAR-ın Neft Kəmərləri İdarəsinin Dübəndi istehsalat bölümünün çənlər parkında “Neft məhsulları saxlanılan çənlərdə yanğınların söndürülməsi” mövzusunda yanğın-taktiki təlim keçirib.

Təlim bu tip müəssisələrdə yanğın baş verdiyi təqdirdə zəruri davranış və hərəkətlərin məşq edilməsi, bu istiqamətdə şəxsi heyətin bilik və bacarıqlarının təkmilləşdirilməsi məqsədilə təşkil olunub.

Tədbirə cəlb olunmuş DYMX-nın Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin obyektləri üzrə Yanğından Mühafizə İdarəsinin və Bakı şəhərinin Xəzər, Suraxanı, Xətai, 1 və 2 nömrəli Xüsusi Təyinatlı Yanğından Mühafizə hissələrinin müvafiq qüvvə və vasitələri tərəfindən şərti yanğın uğurla söndürülüb. Təlim zamanı, həmçinin FHN-in Dövlət Yanğından Mühafizə Xidməti tərəfindən neft məhsulları saxlanılan çənlərdə baş verə bilən yanğınların uzaq məsafədən (təhlükəsiz ərazidən) söndürülməsi üçün yeni manitor-köpük lülələri də sınaqdan keçirilib.

Sonda DYMX-nın rəis müavinləri daxili xidmət polkovniki Rza Xudiyev və daxili xidmət polkovniki Əkbər Novruzovun iştirakı ilə əməkdaşların şərti yanğının söndürülməsi zamanı fəaliyyəti müzakirə olunub, peşə hazırlığının təkmilləşdırılməsi üçün müvafiq tapşırıqlar verilib.







Digər məlumatlar

FHN Dövlət Yanğın Nəzarəti Xidməti nəzarət tədbirlərini davam etdirir (video, foto)

Ötən il ərzində açıq sahələrdə, meşə və meşəətrafı ərazilərdə, eləcə də biçilmiş və biçilməmiş əkin sahələrində baş vermiş yanğın hadisələri və onların səbəbləri Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidmətində təhlil edilib, yaz-yay mövsümündə, o cümlədən dənli və texniki bitkilərin yığılması, daşınması və saxlanması dövründə yanğınların......

Ardını oxu

FHN Mətbuat xidmətinin məlumatı

Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi üzərinə düşən vəzifələrinin icrası, o cümlədən əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir. ...

Ardını oxu

FHN müharibə nəticəsində psixoloji problemlər yaşayan vətəndaşlarımıza psixoloji yardım işini davam etdirir (video, foto)

44 günlük Vətən müharibəsi dövründə ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin müdrik rəhbərliyi altında rəşadətli Azərbaycan Ordusu işğalçı düşmən qüvvələrini məğlub edərək ərazi bütövlüyümüzü bərpa etdi. Birinci Qarabağ müharibəsində olduğu kimi, İkinci Qarabağ müharibəsi ilə əlaqədar şəhid ailələri, qazilər, müharibədən fiziki-mənəvi əziyyət çəkən......

Ardını oxu