Geri

FHN-in Dövlət Yanğın Nəzarəti Xidməti Tərtər şəhərində aparılan bərpa işləri zamanı yanğın təhlükəsizliyinin təmin olunmasına nəzarəti həyata keçirir

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti Tərtər şəhərində hazırda aparılan bərpa-yenidənqurma işləri zamanı funksional vəzifələrinin icrasını təmin edir. Belə ki, 44 gün davam edən Vətən müharibəsi dövründə düşmənin artileriya qurğularından intensiv atəşə tutması nəticəsində ən çox zərər çəkən yaşayış məntəqələrindən biri də Tərtər şəhəri olub. Şəhərdə çoxlu sayda yaşayış evlərinə, inzibati və ictimai binalara ciddi ziyan yetirilib, infrastrukturun böyük hissəsi, o cümlədən elektrik, qaz, su xətləri sıradan çıxıb. 

Şəhərdə normal həyatın təmin edilməsi, həyat əhəmiyyətli infrastrukturun bərpası məqsədilə hazırda müvafiq qurumlar tərəfindən təmir-tikinti və bərpa-yenidənqurma işləri aparılır. Dövlət Yanğın Nəzarəti Xidmətinin əməkdaşları tərəfindən bu işlərin həyata keçirilməsi zamanı yanğın təhlükəsizliyinin təmin olunmasına nəzarət həyata keçirilir, o cümlədən bərpa olunan obyektlərdə yanğın təhlükəsizliyi qaydalarına uyğunluğun qiymətləndirilməsi, düşmən təxribatı nəticəsində sıradan çıxmış yanğın su hovuzlarının yararlı vəziyyətə gətirilməsi istiqamətində müvafiq tədbirlər görülür, işçi heyətlə maarifləndirici söhbətlər aparılır.





Digər məlumatlar

FHN-in Akademiyasında beynəlxalq seminar keçirilib

Fövqəladə Hallar Nazirliyinin Akademiyasının təşkilatçılığı ilə “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində “Yaşıl enerji zonasının qorunmasında mövcud problemlər” mövzusunda beynəlxalq seminar keçirilib. ...

Ardını oxu

FHN-in Dövlət Yanğın Nəzarəti Xidməti yanğın təhlükəsizliyi ilə bağlı silsilə maarifləndirmə tədbirləri keçirib

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti səlahiyyətlərinə uyğun olaraq, yanğın təhlükəsizliyi ilə bağlı əhalinin maarifləndirilməsi məqsədilə silsilə tədbirləri davam etdirir. ...

Ardını oxu

Fövqəladə Hallar Nazirliyi tərəfindən daha bir qanunsuz tikili sökülüb (video, foto)

Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən səlahiyyətlərinə uyğun olaraq respublika ərazisində qanunsuz tikintilərlə bağlı müvafiq tədbirlərin həyata keçirilməsi davam etdirilir. ...

Ardını oxu