Geri

Nazir Kəmaləddin Heydərov Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Erkan Özoral ilə görüşüb

14 aprel 2021-ci il tarixində Azərbaycan Respublikasının Fövqəladə Hallar naziri general-polkovnik Kəmaləddin Heydərov ölkəmizdə diplomatik fəaliyyəti başa çatan Türkiyə Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Erkan Özoralla görüşüb.

Nazir Kəmaləddin Heydərov səfir Erkan Özoralı səmimi salamlayaraq, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən Azərbaycan və Türkiyə arasında dostluq və əməkdaşlıq əlaqələrinin inkişafındakı xüsusi xidmətlərinə görə “Dostluq” ordeni ilə təltif edilməsi münasibətilə onu təbrik edib, gələcək fəaliyyətində uğurlar arzulayıb. Nazir fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması sahəsində iki qardaş ölkənin uyğun qurumları arasında qarşılıqlı əlaqələrin daim genişləndiyini qeyd edib, bu istiqamətdə verdiyi töhfəyə görə Erkan Özorala təşəkkür edib.

Səfir Erkan Özoral səmimi görüşə görə təşəkkür edib, Azərbaycan Fövqəladə Hallar Nazirliyi ilə Türkiyənin müvafiq dövlət qurumları arasında yüksək səviyyəli əməkdaşlığın daha da inkişaf etdiriləcəyinə əmin olduğunu diqqətə çatdırıb.

Görüşdə qarşılıqlı maraq doğuran məsələlər müzakirə edilib.

Digər məlumatlar

Fövqəladə Hallar Nazirliyi tərəfindən daha bir qanunsuz tikili sökülüb (video, foto)

Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən səlahiyyətlərinə uyğun olaraq respublika ərazisində qanunsuz tikintilərlə bağlı müvafiq tədbirlərin həyata keçirilməsi davam etdirilir. ...

Ardını oxu

FHN Mətbuat xidmətinin məlumatı

Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi üzərinə düşən vəzifələrinin icrası, o cümlədən əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir. ...

Ardını oxu

FHN Mətbuat xidmətinin məlumatı (video)

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Şəmkir rayonu, 20 Yanvar küçəsində yerləşən mağazada yanğın baş verməsi barədə məlumat daxil olub. ...

Ardını oxu